Azərbaycanın özəl bankı 23 milyon dollarlıq 2 kredit sazişi imzalayıb
Azərbaycanın aparıcı özəl banklarından olan “Unibank” KB və İsveçrənin nüfuzlu “BlueOrchard Finance Ltd.” investisiya idarəetmə şirkəti arasında ümumi məbləği 23 milyon ABŞ dolları olan subordinasiya və senior kredit sazişləri imzalanıb.
Bankdan Marja.az-a verilən məlumata görə, bu vəsaitdən 13 milyon ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə və beynəlxalq tənzimləyici standartlara uyğun olaraq 2-сi kapital kimi tanınacaq.
"Yeni kredit sazişi “Unibank”ın kapital mövqeyini daha da gücləndirəcək və bankın strateji hədəflərinə – xüsusilə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin genişləndirilməsinə xidmət edəcək. Bu sahələrdə dayanıqlı maliyyə resurslarına olan tələbatın ödənilməsi Unibank üçün prioritet istiqamətlərdən biridir", -məlumatda deyilir.
“Unibank” KB-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:
“BlueOrchard-dan subordinasiya krediti cəlb etmək həm ölkəmizə, həm də bankımıza beynəlxalq maliyyə qurumlarının inamını göstərən mühüm göstəricidir. Kapital bazasının möhkəmlənməsi bizə mikro və KOB seqmentlərinə kredit portfelini artırmaq, fərdi sahibkarları və kiçik müəssisələri daha çox dəstəkləmək imkanı verəcək. Bu isə mikro, kiçik və orta sahibkarların kapitala çıxış imkanlarını genişləndirmək istiqamətindəki missiyamızla uyğundur.”
“BlueOrchard Finance Ltd.” şirkətinin Avrasiya üzrə regional direktoru Ketevan Xuskivadze isə qeyd edib:
“Biz Unibank-la əməkdaşlığa başlamaqdan məmnunuq. Unibank real iqtisadiyyatı dəstəkləməyə sadiq olan dinamik maliyyə institutudur. Bu əməliyyat çərçivəsində təqdim olunan maliyyələşdirmə, inkişaf etməkdə olan bazarlarda mikro, kiçik və orta sahibkarlığın kapitala çıxış imkanlarını artırmaq yönündəki missiyamızla tam şəkildə uzlaşır..”
“Unibank” KB haqqında
1992-ci ildə təsis olunan “Unibank” KB Azərbaycan bank sektorunun aparıcı özəl maliyyə qurumlarından biridir. Bank fərdi və korporativ müştərilərə geniş çeşiddə məhsul və xidmətlər təqdim edir, xüsusilə mikro, kiçik və orta sahibkarların ehtiyaclarına yönəlmiş həllər təklif edir. Unibank müasir texnologiyaları tətbiq etməklə dayanıqlı inkişaf strategiyasını həyata keçirir və ölkənin iqtisadi tərəqqisinə fəal töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























