Qızılın qiyməti atəşkəsdən sonra düşür
Tarixi ən yüksək səviyyələrdən sonra qızıl bazarlarında satış təzyiqi güclənib.
Marja xəbər verir ki, çərşənbə günü bir unsiya qızıl 4059 dollara çataraq ən yüksək səviyyəsini gördükdən sonra, 2%-dən çox ucuzlaşaraq 4000 dollar həddindən aşağı düşüb.
1 unsiya qızılın qiyməti 3958 dollara qədər geriləyib. Bu ucuzlaşmada Qəzzada imzalanan atəşkəs razılaşması və ABŞ dollarının güclənməsi əsas rol oynayıb.
Atəşkəsdən sonra “təhlükəsiz liman”dan çıxış
İsrail və Həmasın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Qəzzada atəşkəs razılaşmasına gəlməsi bazarlarda risk iştahını artırıb. Geosiyasi gərginliyin azalması fonunda investorlar “təhlükəsiz liman” hesab etdikləri qızıldan çıxaraq qazancı reallaşdırmağa yönəliblər.
ABŞ dollar indeksi (DXY) 0,5% artaraq son iki ayın zirvəsinə yaxınlaşıb. Dolların möhkəmlənməsi, dollarla qiymətlənən qızılı xarici investorlar üçün daha bahalı edib.
Fed protokollarında isə faiz endirimi prosesinə ehtiyatlı yanaşma diqqət çəkib. Sentyabrda 25 baza bəndlik endirim edən Fed-in oktyabr ayında yeni bir endirimə getmə ehtimalı bazarlarda 95% səviyyəsində qiymətləndirilir.
Gümüşdə tarixi rekord
Qızılın ucuzlaşamasına baxmayaraq, gümüşün qiymətində rekord qeydə alınıb. Güclü investor tələbi və təklif çatışmazlığı səbəbindən gümüşün unsiyasının qiyməti 50 dolları aşaraq tarixində ən yüksək səviyyəsinə çatıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Digər qiymətli metallar
Platin 1,7% ucuzlaşaraq 1 635 dollara, palladium isə 1,2% azalaraq 1 431 dollara düşüb.
Qızılın "rallisi" bitir?
İlin əvvəlindən bəri 52% bahalaşan qızıl, geosiyasi gərginliklər, mərkəzi banklarının alışları, ETF axınları və faiz endirimi gözləntiləri ilə dəstəklənmişdi. Lakin atəşkəsdən sonra risklərin azalması və dolların möhkəmlənməsi "rallinin" tempinin zəiflədiyinə işarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























