Azərbaycan London hava limanına 50 milyon funt sterlinq investisiya yatırdı
Azərbaycan Respublikası Dövlət Neft Fondu London Qatvik hava limanına 50 milyon funt sterlinq həcmində investisiya edib. Başqa sözlə, ARDNF London Qatvik hava limanının səhmlərinin bir hissəsini əldə edib. Bu yatırım ARDNF-nin Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, Fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir. Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Qatvik hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında yer alıb. Uzun illər ərzində Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınan Qatvik, Böyük Britaniya Hökumətinin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə əhəmiyyətli genişlənmə mərhələsinə qədəm qoyub. Proqnozlara əsasən, 2030-cu illərin sonlarınadək hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaqdır.Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən ABŞ-da yerləşən və “BlackRock”un tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq məbləğində investisiya həyata keçirib.
Marja.az ARDNF-ə istinadən xəbər verir ki, bu yatırım ARDNF-nin Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, Fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir.
Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Qatvik hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında yer alıb. Uzun illər ərzində Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınan Qatvik, Böyük Britaniya Hökumətinin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə əhəmiyyətli genişlənmə mərhələsinə qədəm qoyub. Proqnozlara əsasən, 2030-cu illərin sonlarınadək hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaqdır. Qatvik hava limanı Birləşmiş Krallığın mühüm nəqliyyat mərkəzlərindən biri kimi 23 mindən çox iş yeri təmin edir və hər il ölkə iqtisadiyyatına milyardlarla funt-sterlinq dəyərində töhfə verir.
2019-cu ildə “VINCI Airports” Qatvik hava limanının 50,01%-lik səhmlərini GIP-dən əldə edib. Qalan pay isə GIP, ARDNF və digər beynəlxalq institusional investorlar tərəfindən birgə idarə olunmağa davam edir.
Qeyd edilib ki, bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.
ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov qeyd edib: “Bu mühüm investisiya layihəsi, davamlı dəyər və strateji əhəmiyyət daşıyan aktivlər üzrə dünyanın aparıcı tərəfdaşları ilə əməkdaşlığa əsaslanan investisiya strategiyamızın bariz nümunəsidir. Qatvik hava limanı Avropanın əsas hava nəqliyyat qovşaqlarından biri olmaqla yanaşı, Fondun qlobal və uzunmüddətli investisiya yanaşmasını əks etdirən etibarlı və perspektivli aktivdir.”
GIP-nin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Ogunlesi bildirib: “Qatvik hava limanı kimi mühüm bir aktiv üzrə ARDNF ilə tərəfdaşlığımızın davam etməsindən məmnunuq. Bu hava limanı həm investorlar, həm də cəmiyyət üçün uzunmüddətli dəyər və davamlı inkişaf təmin edən yüksək keyfiyyətli infrastruktur layihəsidir.”
ARDNF haqqında
1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivləri 70 milyard ABŞ dollarına yaxın olan ARDNF, borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.GIP haqqında
“Global Infrastructure Partners”, “BlackRock”un tərkibində fəaliyyət göstərən və 189 milyard ABŞ dollarından artıq aktivləri idarə edən dünyanın aparıcı infrastruktur investorlarından biridir. Şirkət enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su təchizatı və tullantıların idarə olunması sahələrində böyükmiqyaslı və strateji əhəmiyyətli obyektlərin idarə olunmasında geniş təcrübəyə malikdir. GIP-nin real infrastruktur aktivlərinə yönəlmiş investisiya yanaşması, güclü tərəfdaşlıq şəbəkəsi və əməliyyat bacarıqları ona həm investorların kapitalını etibarlı şəkildə idarə etməyə, həm də fəaliyyət göstərdiyi regionlarda davamlı iqtisadi dəyər yaratmağa imkan verir.
Müştərilərin xəbərləri
Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
1 saat əvvəl
SOCAR-ın prezidenti “ITOCHU”nun direktoru ilə görüşüb, əməkdaşlıq imkanları nəzərdən keçirilib
-
2 saat əvvəl
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
-
2 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
SOCAR-ın prezidenti “ITOCHU”nun direktoru ilə görüşüb, əməkdaşlıq imkanları nəzərdən keçirilib
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
BOKT istiqraz buraxışılı yolu ilə 2 milyon manat cəlb edir
Bank Babək prospektində filialını açdı
Ən çox oxunanlar
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Alibaba-nın gəlirləri süni intellekt və bulud texnologiyasının təsiri ilə proqnozları üstələyib
Avropada Tesla-nın satışı 10 aydır azalır, bazar payını itirir - 50 FAİZƏ YAXIN GERİLƏMƏ
Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
Dövlət Vergi Xidmətinin Aparatının strukturuna daxil olan bölmələrin sayı artırılıb
Şirkət Kəlbəcər məktəbinə 73 noutbuk hədiyyə etdi - FOTOLAR















.jpg)

.jpg)


