Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
Bank Respublikadan lombard krediti götürən müştərilər avtomobil və qızıl külçə qazanmaq şansı qazanacaq!(®) Müştərilərini hər zaman maraqlı və sərfəli təkliflərlə sevindirən Bank Respublika, lombard krediti müştəriləri üçün yeni “Qızıl Seçim” lotereyasına start verib.
2 tirajdan ibarət lotereyanın şərtlərinə əsasən, Bank Respublika-dan minimum 500 AZN və daha çox kredit götürən müştərilər 2 ədəd BYD Destroyer avtomobili, 24 ədəd 5 qr-lıq qızıl külçə (999.99 əyyar), 10 ədəd 10 qr-lıq qızıl külçə (999.99 əyyar) və 4 ədəd 20 qr-lıq qızıl külçə (999.99 əyyar) qazanmaq imkanı olacaq.
Qeyd edək ki, avtomobillər BYD şirkətinin Azərbaycandakı rəsmi dileri “Group Motors” tərəfindən təqdim olunur.
Lotereyanın əsas şərtləri:
Lotereyada 01.10.2025 – 01.05.2026 tarixləri arasında Bank Respublika-dan Lombard krediti götürən və həmin dövrdə krediti aktiv olan müştərilər iştirak edə bilər.
Hər 500 AZN məbləğində lombard krediti 1 şans deməkdir.
Lotereya 2 tirajdan ibarətdir və qaliblər 10.01.2026 və 15.05.2026-cı il tarixlərində, Bakı şəhəri, Xaqani 21 ünvanında yerləşən Bankın baş ofisində tiraj komissiyasının müəyyən olunmuş üzvlərinin iştirakı ilə, kompüterdə xüsusi proqramın təsadüfi seçimi vasitəsilə müəyyən olunacaq.
Ümumilikdə lotereya dövründə 40 hədiyyə qazanılacaq.
1-ci tiraj üçün kredit 31.12.2025 tarixinədək, 2-ci tiraj üçün isə, kredit 01.05.2026 tarixinədək aktiv qalmalıdır.
Hər tirajda bir iştirakçı yalnız bir dəfə qalib ola bilər (şansların sayından asılı olmayaraq).
Birinci tirajda əldə olunan şanslar həmçinin ikinci tirajda da iştirak edir.
İştirakçının Lotoreya dövrü ərzində 1 müqavilə üzrə aktiv Lombard kreditlərində 10 gündən artıq müddətdə gecikməsi olmamalıdır.
Lotereyada Bank Respublika əməkdaşları və aidiyyəti şəxslər iştirak edə bilməz.
Lotereya şərtləri haqqında daha ətraflı məlumatı Bankın rəsmi səhifəsində əldə etmək mümkündür.
Əgər siz də sərfəli şərtlərlə kredit götürüb, həm avtomobil, həm də qızıl külçə qazanmaq şansını qaçırmaq istəmirsinizsə – düzgün seçim edin, qalib olun!
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Çağrı Mərkəzi: 144
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 4 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Ən çox oxunanlar
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub





















