"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi
Vətəndaşların etibarından sui-istifadə edərək onların qızıllarını mənimsəməkdə təqsirləndirilən "Lombard Xəyal" olaraq tanınan Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttihama görə, təqsirləndirilən şəxslər öncə tanışlarının adına saxta sənəd hazırlayaraq pul müqabilində onlardan qızıl alıb.
Həmçinin o, investor cəlb etmək məqsədi ilə saxta sənədlər hazırlayıb, onlar öz məqsədi üçün istifadə edib və bu yollarla vətəndaşları aldadıb. Onların qızılları müqabilində pul verib, vətəndaşlar pulu qaytarsalar da, verdikləri qızılı ala bilməyib. İş üzrə 31 vətəndaş zərərçəkmiş şəxs qismində tanınıb. Təqsirləndirilən şəxslər vətəndaşlara ümumilikdə bir milyon manata yaxın ziyan vurub.
İttiham aktına münasibət bildirən təqsirləndirilən şəxslər onlara qarşı sürülən ittiham üzrə özlərini təqsirli bilməyib.
Məhkəmə onlara bildirib ki, cinayət işi təqsirli bilinərlərsə, onları 10 ildən 14 ilədək məhkumluq həyatı gözləyir.
Zərərçəkmiş şəxs Xəyal Abdullayeva 561 min manat dəyərində mülki iddia irəli sürülüb.
Lakin dövlət rüsumu ödənilmədiyi üçün məhkəmə mülki iddianı geri qaytarıb. Rüsum ödənilməsi ilə proses ona izah edilib.
Daha sonra iş üzrə zərərçəkmiş şəxs qismində tanınan 85 yaşlı Narxanım Həsənova ifadə verib.
O, bildirib ki, təqsirləndirilən şəxslərə qızılı özü verib:
“Mən onlara qızıl verdim, bir köhnə qızıl saat, iki üzük idi. Onlara dedim ki, qaçmayacaqsız? Onlar da mənə dedi ki, “yox, qaçmayacağıq, tez yeriycəyik”. Qızıl müqabilində onlar mənə 3500 manat pul verdi. Mən pulu vaxtında və çox qaytarırdım. Lakin məndən gecikmə adı ilə 20 manat da əlavə aldılar. Qızılı sabah gəlib götürməyimi dedilər. Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar”.
Daha sonra bəstəkar, Əməkdar artist Elza Seyidcahan (Qasımova) ifadə verib.
O, bildirib ki, bəzi problemlərinə görə lombarda müraciət edib və ora onu anası aparıb:
“Anam əvvəllər də lombarddan kredit götürüb. Bəzi problemlərimiz var idi. Biz bununla bağlı televizaya da müraciət etmişdik. Ona görə lombarda müraciət etdik. Anamın, özümün, rəfiqəmin qızılları qoyduq. 8500 manat pul götürdük. Sonra pulları ödədik. Rəfiqəmin qızıllarını qaytamalı idim. Onlar mənə dedi ki, qızıllar 1 həftə sonra veriləcək. Beləliklə, 1 həftə 3 ayı keçdi. Mən də məcbur qaldım polisə müraciət etdim. Gördüm ki, tək zərərçəkən mən deyiləm. Mənə ziyan ödənilməyib. Lombardın bütün işçilərindən şikayətçiyəm. Onlar bu işi bilirdilərsə, bizə deməliydilər. Anam da zərərçəkəndir. Növbəti proseslərdə iştirak edəcək”.
Proses zərərçəkmişlərin ifadəsi ilə 3 noyabrda davam etdiriləcək.
Qeyd edək ki, zərərçəkmiş şəxslər arasında əməkdar artist, bəstəkar Elza Seyidacahan (Qasımova), “Cümhuriyət” və “Cebhe.info”-nun redaktoru Elnarə Kərimova da var.
Təqsirləndirilən Xəyal Abdullayev Cinayət Məcəlləsinin 178.4-cü dələduzluq, xüsusilə külli-miqdarda törədildiksə) 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), Fərid Abuzərli isə 179.3,2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
© APA
Müştərilərin xəbərləri
ABB Invest-in baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” uğurla keçirildi
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
- 2 gün sonra
-
6 saat əvvəl
Füzulidə “m10” və Milliön Telesatış mərkəzi istifadəyə verildi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Könüllü sığorta bazarı 15 %, icbari sığorta bazarı 7 %-ə yaxın böyüyüb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
PULLU adam olmaq üçün ilk addımını at
Füzulidə “m10” və Milliön Telesatış mərkəzi istifadəyə verildi
Şirkət kənd təsərrüfatı texnika və avadanlıqlarını satır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir müddətlik fasilədən sonra yenidən fəaliyyətə başlayıb
Ən çox oxunanlar
ABB Invest-in baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” uğurla keçirildi
Trendyol ilin “Əfsanə günlər”ini elan edir
Nazir Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib
“Shield NxG IAM & Cybersecurity Event” – Maliyyə sektorunda kibertəhlükəsizliyə yeni yanaşma
Azərbaycanda meyvə bağlarına dəymiş zərərə görə rekord məbləğdə sığorta ödənişi edilib
Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon ədəd yaxınlşdı















.jpg)

.jpg)


