"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ
Bank of Baku-nun son istiqraz emissiyası Azərbaycan kapital bazarında əlamətdar hadisəyə kimi yadda qaldı. Emitentin 20 milyon manatlıq istiqraz təklifinə qarşı 23,4 milyon manatlıq 682 sifariş toplandı, sifariş verən fiziki şəxslərin sayı isə 601 nəfər təşkil etdi.
Maraqlı məqam odur ki, 601 investorun cəlb edilməsi Azərbaycan kapital bazarında həm maliyyə sektorundan olan emitentlər arasında, həm də milli valyutada – AZN istiqrazları üzrə rekord göstərici hesab olunur.
Bu uğurlu emissiya barədə bu buraxılışın anderrayteri olan "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-nin İnvestisiya xidmətləri departamentinin direktoru Vüqar Tanırverdiyev ilə söhbət etdik.
– Bank of Baku istiqrazlarının uğuru barədə nə deyə bilərsiniz?
– Bu emissiya həm Bank of Baku-nun güclü imicini, həm də ümumilikdə bazarda milli valyutada buraxılan istiqrazlara olantələbatı ortaya qoydu. Tələb 20 milyon manatı üstələyərək 23 milyon manatı ötdü. Bu, investorların yüksək etimadının bariz nümunəsidir.
– İştirakçıların rekord göstərici ilə cəlb olunması nə deməkdir?
– 601 investorun iştirakı təsadüfi deyil. Bu, Azərbaycanın kapital bazarı üçün yeni mərhələdir. Əvvəllər istiqrazlara maraq daha çox iri investorlar arasında idi və onlar əsasən ABŞ dollarında denominasiya edilmiş istiqrazlara üstünlük verirdi. Lakin indi AZN-də buraxılmış istiqrazların abunə yazılışı prosesində (sifarişlərin toplanması prosesi) həm institusional, həm də fərdi investorların fəal iştirakı müşahidə olunur. Bu, bazarın kütləviləşməsi və gələcək inkişafı üçün çox vacibdir.
– İstiqrazların şərtləri barədə oxucularımıza məlumat verərdinizmi?
– Bank of Baku istiqrazları illik 13% gəlirlilik təqdim edir. Kupon ödənişləri isə rüblük həyata keçiriləcək. Yəni investorlar ildə dörd dəfə sabit gəlir əldə edəcəklər. Bu, Bank of Baku istiqrazlarını həm gəlirlilik baxımından cəlbedici, həm də mütəmadi gəlir axını baxımından rahat bir investisiya alətinə çevirir.
– Uğurun əsas səbəbi nələrdir?
– İlk növbədə, qeyd etməliyəm ki, bu emissiyanın satış prosesində sifarişlərin tam elektron qaydada mobil tətbiq üzərindən qəbul olunması mühüm rol oynadı. Bu, investorlar üçün həm rahatlıq, həm də əlçatanlıq yaratdı. Əlavə olaraq, Bank of Baku-nun illərdir formalaşdırdığı güclü reputasiyası bazara böyük inam verdi. Digər tərəfdən, bazar şərtləri nəzərə alınsa, 13%-lik illik gəlirlilik çox cəlbedici idi. Bütün bu amillərin birgə təsiri nəticəsində tələb təklifi xeyli üstələdi.
– Bu emissiyanın bazara ümumi təsiri necə ola bilər?
– Bu buraxılış Azərbaycanın kapital bazarında korporativ istiqrazlara etimadın möhkəmləndiyini göstərdi. Rekord göstəricilər həm emitentlərə, həm də investorlara yeni imkanlar açır. Hesab edirik ki, bu hadisə gələcəkdə digər şirkətlərin də istiqraz bazarına çıxmasına müsbət təsir göstərəcək.
– Son olaraq investorlarınıza mesajınız...
– Bank of Baku-nun istiqrazları sübut etdi ki, etibarlı emitent seçimi ilə həm yüksək gəlir, həm də risklərin minimuma endirilməsi mümkündür. Bu uğurlu buraxılış yerli bazarın inkişafına güclü təkan verəcək.
- Müsahibəyə görə təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
14 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nvidia-nın gəliri 73 faiz artıb
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















