Avropada ixtisar dalğası: Şirkətlər xərcləri azaltmaq üçün yenidənqurma prosesinə gedirlər
Avropalı şirkətlər zəifləyən iqtisadiyyat, azalan tələbat və artan rəqabət səbəbindən xərcləri azaltmaq məqsədilə yenidənqurma prosesinə gedərək işə qəbul proseslərini dayandırır və ya ixtisarlara başlayır.
Marja xəbər verir ki, beynəlxalq audit və məsləhət şirkəti EY-nin araşdırmasına əsasən, təkcə Almaniyanın avtomobil sənayesində son bir il ərzində təxminən 51 min 500 nəfər işini itirib.
Əsasən Çindən gələn sərt rəqabət, davam edən Rusiya–Ukrayna müharibəsinin təsirləri, ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları, zəifləyən iqtisadiyyatla bağlı tələbin azalması və süni intellekt də daxil olmaqla texnologiyadakı sürətli inkişaflar Avropa şirkətlərini yenidənqurmaya məcbur edir.
Avropada avtomobil sənayesi başda olmaqla, dərman, texnologiya, mühəndislik, aviasiya və bank sektoru da daxil olmaqla bir çox sahədə ixtisar dalğası müşahidə olunur. Bu proses qitədə qeyri-müəyyən və zəifləyən iqtisadi mühitdə qlobal işçi qüvvəsinin üzləşdiyi çətinliklərin davam etdiyini göstərir.
Bir vaxtlar möhkəm sayılan transatlantik ticarət əlaqələri də ciddi təzyiq altındadır. ABŞ-ın keçmiş prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlar hələ də Avropa sənayesinə mənfi təsir göstərməkdədir.
Almaniya şirkətləri “kəmər sıxır”
Xüsusilə Avropanın ən böyük iqtisadiyyatına malik Almaniyada avtomobil, sənaye və mühəndislik, texnologiya, telekommunikasiya, maliyyə və digər sahələrdə ixtisar qərarlarının sayı artmaqdadır.
EY-nin məlumatına görə, Almaniyanın avtomobil sənayesində bir il ərzində 51 min 500 nəfərin işdən azad edilməsi ümumi işçi qüvvəsinin 6,7 faizinə və eyni dövrdə ixtisar edilən 114 min istehsalat işçisinin təxminən yarısına bərabərdir.
Çinlə rəqabət və zəif daxili iqtisadi göstəricilər Almaniya şirkətlərini işə qəbulu dayandırmağa və ixtisarlara sövq edir. Xüsusilə sənaye sektoru COVID-19 pandemiyasından bəri davamlı olaraq ixtisarlar aparır və bu meyldən demək olar ki, heç bir sənaye şirkəti yayına bilməyib.
Avtomobil sektorunda ciddi daralma
Avropada bu il iri şirkətlər ardıcıl olaraq ixtisar planlarını açıqlayıb.
Bosch 2029-cu ilə qədər 1100 nəfəri, ötən il isə ümumilikdə 5500 nəfəri (3800-ü Almaniyada olmaqla) ixtisar edəcəyini açıqlayıb.
Daimler Truck 2030-a qədər Almaniyada 5 min, ABŞ və Meksikadakı zavodlarda isə 2 min işçini ixtisar etməyi planlaşdırır.
Stellantis bu il İtaliyada 2500 nəfərlik ixtisar həyata keçirəcək.
Volkswagen Almaniyada 7 min, Porsche isə 3900 nəfəri işdən azad etməyi və 2025-ci ilin ikinci yarısından əlavə ixtisarlar üçün həmkarlar ittifaqları ilə danışıqlara başlamasını planlaşdırır.
Continental 2026-cı ilin sonuna qədər 3 min nəfəri,
Renault Fransada 300 nəfəri,
Volvo isə 3 min nəfəri ixtisar edəcəyini bəyan edib.
Bank sektorunda ixtisar dalğası
Almaniyanın ikinci böyük bankı Commerzbank 2028-ə qədər əsasən Almaniyada olmaqla 3900 nəfəri,
Banco Santanderin İngiltərə bölməsi 750 nəfəri,
Deutsche Bank 2 min nəfəri,
HSBC Fransada 348 nəfəri,
Lloyds Bank isə 1600 nəfəri işdən azad etməyi planlaşdırır.
Enerji, sənaye və mühəndislik sahəsində ixtisarlar
Avstriyanın OMV şirkəti 2 min,
Almaniyanın Uniper şirkəti 400,
Fransız-İtalyan STMicroelectronics 5 min,
Siemens 6 min,
ThyssenKrupp isə avtomobil bölməsində 1800 nəfəri ixtisar etməyi planlaşdırır.
Pərakəndə ticarət və digər sahələr
Fransanın Auchan marketlər şəbəkəsi İspaniyada 710 nəfəri ixtisar edəcək və 25 mağazanı bağlayacaq.
Almaniyanın Puma şirkəti 500,
İngiltərənin Tesco və Sainsbury’s şəbəkələri isə müvafiq olaraq 400 və 3 mindən çox işçini ixtisar edəcəyini açıqlayıb.
Lüks brend Burberry 1700 nəfəri işdən azad etməyi planlaşdırır.
Bundan başqa:
Almaniyanın ProSiebenSat şirkəti 1430,
Just Eat Takeaway 2 min,
DHL Almaniyada 8 min,
BioNTech 950–1350,
Finlandiyanın Neste 600,
İsveçin Tele 2600 və
Finlandiyanın UPM şirkəti isə 462 nəfəri ixtisar edəcək.
Avropada sürətlə yayılan ixtisar dalğası, qlobal iqtisadiyyatın qeyri-müəyyən və zəifləmiş vəziyyəti fonunda işçi qüvvəsinin ciddi təzyiqlərlə üzləşdiyini göstərir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)











