Naxçıvanda yüksək əkin subsidiyası məbləğləri təyin edilib
Azərbaycan Respublikası Aqrar Subsidiya Şurasının yeni qərarı Naxçıvan Muxtar Respublikası üzrə subsidiyaların məbləğlərini əhəmiyyətli dərəcədə artırıb. Yeni əmsallar həm əkin, həm məhsul, həm də toxum subsidiyası üzrə fərqli yanaşmanı əks etdirir.
Əsas məqsəd isə Naxçıvanda gəlirli və ixracyönümlü əkinçilik təsərrüfatlarının yaradılması, torpaq və su ehtiyatlarından daha səmərəli istifadə, həmçinin müasir əkinçilik texnologiyalarının tətbiqinin təşviqidir.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində təqdimat keçirilib, yeni qaydalar və subsidiya əmsalları barədə məlumat verilib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, yeni qaydalara əsasən, 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək Naxçıvanda salınacaq bir sıra meyvə bağlarına ölkədə indiyədək tətbiq olunmuş ən yüksək birdəfəlik subsidiya məbləğləri ödəniləcək.
Onu da qeyd etməliyik ki, subsidiya əmsalları Naxçıvanın torpaq-iqlim və relyef xüsusiyyətləri nəzərə alınaraq yenidən tənzimlənib. Əvvəlki bir sıra məhdudiyyətlər aradan qaldırılıb.
Mühüm yeniliklərdən biri olaraq, Muxtar Respublikada da intensiv meyvə bağları üçün subsidiya ödənişləri həyata keçiriləcək.
Ötən illə müqayisədə əkin subsidiyası şərtlərində də mühüm dəyişikliklər edilib. Belə ki, bu ildən etibarən əkin sahələrində dəniz səviyyəsindən hündürlük meyarı artırılıb, ting sayı isə azaldılıb. Bu isə fermerlərə daha məhsuldar təsərrüfatlar yaratmağa imkan verəcək.
Qərara əsasən, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında giləmeyvə bağları da dövlət subsidiyası ilə dəstəklənəcək. Yeni mexanizm çərçivəsində moruq və qarağat bağlarına hər hektar üçün 3 200 manat, böyürtkən bağlarına 10 400 manat, qaragilə bağlarına isə 25 000 manat subsidiya ayrılacaq. Bu göstəricilər, ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir. Belə ki, həmin bölgələrdə böyürtkən üçün subsidiya məbləği 3 200 manat, qaragilə üçün isə 20 000 manatdır.
Yüksək subsidiyalar nəzərdə tutulan digər meyvə bağlarına üzüm,armud, şaftalı (nektarin), ərik, püstə, alma, xurma (xirnik), badam, qoz və fındıq da daxildir.
Naxçıvan fermerləri üçün xüsusi müəyyən edilmiş subsidiyalardan biri də təkrar tərəvəz əkinləri üçündür. Muxtar Respublikada suvarılan ərazilərdə 2026-cı il iyunun 1-dən avqustun 31-dək aparılacaq tərəvəz əkinlərinin hər hektarına 120 manat məbləğində subsidiya ödəniləcək.
Subsidiya əldə etmək üçün fermerlər bir sıra vacib şərtlərə əməl etməlidirlər. Bunlara torpaq analizinin aparılması, aqrar sığortanın mövcudluğu, bağların intensiv və superintensiv texnologiyalarla salınması, ting sıxlığının normativlərə uyğunluğu, damcı suvarma sistemlərinin tətbiqi, sertifikatlı tinglərdən istifadə və bəzi məhsullar üzrə minimal əkin sahəsinin təmin olunması daxildir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasına əsasən 2020-ci ildən etibarən ölkəmizdə yeni subsidiya mexanizmi tətbiq edilir.
Hər il bitkiçilik sahəsində verilən subsidiyaların tətbiqi üçün Aqrar Subsidiya Şurası tərəfindən əmsallar müəyyən edilir.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
- 3 d. əvvəl
-
7 d. əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
47 d. əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
53 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
1 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb






















