20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
Sentyabrın 9-da “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201120018 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AZ0201120018 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 140,9 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 9,9 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 101.2674 (gəlirlilik 7,5202%) və kəsmə qiyməti 100.7901 (7.7000%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 09 sentyabr 2028-ci ildir.
XXX
9 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, 1080 günlü Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçirilmişdir.
İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:
Emitent: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Dövlət istiqrazının növü: Kuponlu, ortamüddətli, dövlət istiqrazları
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ0201120018
İstiqrazların tədavül müddəti: 1080 gün
Buraxılış həcmi: 20 000 000 manat
Nominal dəyəri: 100 manat
Minimal qiymət: 92.5067 (11.0000 %) manat
Maksimal qiymət: 101.8558 (7.3000%) manat
Kəsmə qiyməti: 100.7901 (7.7000%) manat
Ortaçəkili qiyməti: 101.2674 (7.5202%) manat
Reallaşdırılmış həcmi: 9 874 800 manat
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə): 140 864 100 manat
İnvestor sayı: 26
Sifarişlərin sayı: 62
Ödəmə tarixi: 09.09.2028
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
9 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
10 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
10 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib







.jpg)




.jpg)





