200 manata tutulan kirayə mənzili, sənədlərdə 400 manat göstərib - Yarım milyon manatlıq dələduzluqda ittiham olunur
ABŞ-nin Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin sabiq əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Rafiq Göyüşovun vəkili bildirib ki, ABŞ səfirliyi müvəkkilindən şikayətçi deyil:
"Onlar deyir ki, bizim Rafiq Göyüşovdan hər hansı bir şikayətimiz yoxdur, lakin bildirirlər ki, əgər, onun təqsiri varsa, cəzalandırılsın. Mən xahiş edirəm ki, cinayət işi ibtidai istintaqa geri qaytarılsın".
Məhkəmə müdafiəçinin vəsatətini təmin etməyib.
Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmənin baxış iclası sentyabrın 17-nə təyin olunub.
Qeyd edık ki, Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün günlük 200 manata kirayə mənzil tutulduğu halda, o, sənədlərdə bu məbləği 400 manat kimi göstərib.
O, bu və digər yollarla yarım milyon manatdan artıq pulu ələ keçirməkdə ittiham olunur.
Rafiq Göyüşov Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilir.
Onun barəsində məhkəməyə qədər "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ABŞ səfirliyi zərərçəkmiş qismində tanınıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























