Azərbaycana körfəz ölkələrindən gələnlərin (ərəblərin) sayı azalıb
Turizmin mövcud vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 182 ölkəsindən 1 milyon 477,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 26,1 faizi Rusiya Federasiyası, 17,1 faizi Türkiyə, 8,1 faizi Hindistan, 7,9 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, 2,3 faizi Çin, hər birindən 2,0 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən - 1,7 dəfə, Çindən - 1,6 dəfə, Yaponiyadan - 42,9 faiz, Qırğızıstandan - 36,0 faiz, İordaniyadan - 28,7 faiz, Qazaxıstandan - 20,6 faiz, Özbəkistandan -19,8 faiz, Niderlanddan -16,3 faiz, Pakistandan - 16,1 faiz, Kanadadan - 15,8 faiz, ABŞ-dan - 15,6 faiz, Almaniyadan -13,2 faiz, İtaliyadan - 10,9 faiz, Cənubi Koreyadan - 10,8 faiz artmışdır.
2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7 faiz artaraq 61 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,3 faiz azalaraq 237,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,0 faiz azalaraq 522,7 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 4,1 faiz artaraq 656,8 min nəfər təşkil etmişdir.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,5 faizi hava, 23,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















