“Aztelekom” dəyişikliklər həyata keçiilib, Regional filialı yaradılıb
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC təşkilati strukturunda bir sıra mühüm dəyişikliklər həyata keçirib.
Marja.az “Aztelekom” şirkətinə istinadən xəbər verir ki, bu dəyişikliklər idarəetmənin optimallaşdırılması, regional xidmətlərin keyfiyyətinin artırılması və infrastrukturun səmərəli idarə olunması məqsədini daşıyır.
Qeyd edilib ki, yenidən təşkilatlanma çərçivəsində “Aztelekom” MMC-nin tərkibində Qarabağ Regional Filialı yaradılıb. Yeni filialın tərkibinə Bərdə, Tərtər, Kəlbəcər, Ağcabədi, Ağdərə, Ağdam, Laçın, Xocalı, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl və Zəngilan daxil olmaqla, ümumilikdə 15 rayon və şəhər şöbəsi daxildir.
"Qarabağ Regional Filialının yaradılması, sadəcə struktur dəyişikliyi deyil – bu addım həm də bölgədə daimi məskunlaşmanın sürətlənməsi fonunda telekommunikasiya xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaqla yanaşı, operativ texniki dəstəyin təmin olunmasına, rəqəmsal infrastrukturun genişləndirilməsinə, sosial-iqtisadi inkişafın dəstəklənməsinə və məşğulluq imkanlarının artmasına töhfə verir.
Qarabağ Regional Filialının yaradılması həmçinin bölgənin ölkənin ümumi telekommunikasiya şəbəkəsinə tam və səmərəli inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır", - dövlət şirkətindən bildirilib.
Hazırda “Aztelekom” MMC-nin təşkilati strukturu 8 Regional Filial və 7 Rabitə Xidmətləri Mərkəzi olmaqla, ümumilikdə 15 idarəetmə vahidindən ibarətdir. Bu struktur modelləşməsi bölgələr üzrə idarəetmənin çevikliyini artırmaqla yanaşı, müştəriyönümlü xidmətlərin daha operativ və keyfiyətli şəkildə göstərilməsinə imkan yaradır.
“Aztelekom” MMC qarşıdakı dövrdə də fəaliyyətini səmərəlilik, keyfiyyət və innovasiyaya əsaslanaraq davam etdirməkdə qərarlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















