Azərbaycanda hotellərdə gecələmələrin 20 faizə yaxını Hindistan vətəndaşlarının payına düşüb
Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 6,4 faiz artaraq 1 milyon 970,7 min olmuşdur.
Gecələmələrin ümumi sayının 62,6 faizi Bakıda, 6,4 faizi Qusarda, 4,9 faizi Naftalanda, 4,4 faizi Qəbələdə, 3,2 faizi Şabranda, 3,0 faizi Qubada, 2,6 faizi Lənkəranda, 1,4 faizi Şamaxıda, 1,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Şuşada, 1,0 faizi Masallıda, 1,0 faizi Xaçmazda və 7,3 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 10,3 faiz artaraq 1 milyon 192,6 min olmuşdur ki, bu da ümumi gecələmələrin 60,5 faizini təşkil edir.
Gecələmələrin ümumi sayının 19,3 faizi Hindistan, 12,8 faizi Rusiya Federasiyası, 9,1 faizi Türkiyə, 6,7 faizi Səudiyyə Ərəbistanı, 5,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,1 faizi İsrail, 3,3 faizi ABŞ, 2,8 faizi Çin, 2,8 faizi Pakistan, 2,7 faizi Qazaxıstan, 2,5 faizi Özbəkistan, 2,4 faizi Küveyt, 2,0 faizi Böyük Britaniya, 1,1 faizi Almaniya, 0,9 faizi İtaliya, 0,7 faizi Gürcüstan, 0,6 faizi Bəhreyn, 0,6 faizi İran, 20,3 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,8 faizi Bakıda, 7,2 faizi Qusarda, 4,1 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 2,1 faizi Qubada, 0,5 faizi Şamaxıda, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 0,9 faiz artaraq 778,1 min olmuşdur ki, bu da ümumi gecələmələrin 39,5 faizini təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























