"Naxçıvan və Qarabağda reallaşdırılan layihələr hər iki qardaş ölkənin iqtisadiyyatına töhfə verəcək"
"Bu gün Türkiyənin elektrik enerjisinə olan tələbatının təxminən 50 faizi bərpa olunan enerji mənbələri hesabına ödənilir. Bu istiqamətdə irəliləyişi davam etdirmək üçün səylərimiz ardıcıl şəkildə həyata keçirilir.
Enerji keçidinin uğuru təkcə texnologiyadan deyil, həm də bu texnologiyalara imkan verən strateji minerallardan asılıdır. Bu səbəbdən geoloji kəşfiyyat işləri, ehtiyatların müəyyən edilməsi və Naxçıvanla birgə reallaşdırılacaq investisiya layihələri xüsusi əhəmiyyət kəsb edir".
Bu sözləri Türkiyə Respublikasının energetika və təbii sərvətlər nazirinin müavini Abdullah Tancan Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.
O qeyd edib ki, Türkiyə, Azərbaycan və Naxçıvan dünyanın əsas metallogenik qurşaqlarından biri olan Alp-Himalay Orogenik qurşağında yerləşir. Bu kəmər zəngin faydalı qazıntı yataqları ilə seçilir və aparılan kəşfiyyat işləri nəticəsində yeni yataqların aşkarlanması təəccüblü deyil:
"Əminəm ki, birgə səylərimiz həm bizim, həm də siz – qardaş və bacılarımız üçün olduqca mühüm nəticələr verəcək. Bu prosesdə bəlkə də ən vacib addım Naxçıvanda həyata keçiriləcək layihə olacaq. Layihə çərçivəsində çöl işlərinə start verilir, daha sonra isə qazma və kəşfiyyat mərhələləri ilə davam etdiriləcək.
Bu kimi birgə geoloji kəşfiyyat layihələrinin inkişafı üçün həm nazirliklərarası Anlaşma Memorandumlarının, həm də elmi və institusional səviyyədə protokol və sazişlərin imzalanmasına böyük önəm verirəm. Naxçıvan və Qarabağda reallaşdırılan bu layihələr hər iki qardaş ölkənin iqtisadiyyatına töhfə verəcək strateji faydalı qazıntıların aşkara çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır".
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















