Unibank 2025-ci il birinci yarısı üzrə maliyyə vəziyyətini açıqladı
Bnak 2025-ci ilin ilk 6 ayını 6,9 milyon manat xalis mənfəət ilə başa vurub.Unibank 2025-ci ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ümumilikdə birinci yarım il ərzində ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin artırılması, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edilib.
Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 25%-dən çox artaraq, 475 milyon manata çatıb və kredit portfelindəki payı 41%-i ötüb. Biznes portfelin tərkibində mikro kreditlərin də payında kəskin artım qeydə alınıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə mikro kreditlərin portfeldəki payında 40 %-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelində ötən ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 108 milyon manat təşkil edib.
Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:
“2025-ci ilin ilk yarısı Unibank üçün davamlı inkişaf və strateji sabitliyin möhkəmləndiyi dövr oldu. Müştəriyönümlü yanaşmamız, rəqəmsal bankçılığın daha da təkmilləşdirilməsi və daxili idarəetmə sistemlərində aparılan optimallaşdırmalar nəticəsində əhəmiyyətli nəticələr əldə etdik. Qarşımızda duran əsas hədəf – innovativ, şəffaf və inklüziv maliyyə mühiti yaratmaqdır. İlin ikinci yarısında bu istiqamətdə yeni təşəbbüslərlə çıxış etməyi və ölkəmizin sosial-iqtisadi inkişafına daha çox töhfə verməyi planlaşdırırıq.”
Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 24%, sayı isə 30% artıb. İkinci rübün sonuna nağdsız əməliyyatların həcmi 6,9 milyard manatı, sayı isə 214 milyonu ötüb.
Bankın müştəri bazası ötən il ilə müqayisədə 9% artdığı üçün ümumi müştəri sayı 2,1 milyon nəfəri keçib. Ötən ilin eyni dövrü ilə müqayisədə sahibkar müştərilərin sayı 36%, hüquqi şəxslərin sayı isə 20 %-dək artıb.
Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcminin 68 milyon manat artması fonunda, ümumi depozit portfelinin həcmi 1,2 milyard manatı ötüb.
Bankın məcmu gəlirlərinin cəmi 178 milyon manata çatıb. Hesabat dövründə əməliyyat mənfəəti 25 milyon manata yaxınlaşıb, xalis mənfəət isə 6,9 milyon manat təşkil edib.
Bankın kapital və aktiv bazasında da artım davam edib. Məcmu kapital 14% artaraq, 192 milyon manata çatıb, aktivlərin həcmi isə 129 milyon manat artaraq 1,8 milyard manatı ötüb.
Bank ilk yarım il ərzində kapital adekvatlılığı əmsalını da yüksəldib. Bu göstərici 30 iyun 2025-ci il tarixə 13,55 % təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
4 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
4 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
9 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
10 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb




























