Azərbaycan 153 ölkə arasında 87-ci olub
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 2 dəfə artıbBu ilin may ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (79,25 MB/S) görə aprel ayına nisbətən 1 pillə irəliləyərək 153 ölkə arasında 87-ci olub.
“Speedtest Global Index”nə görə, bir il əvvəlki göstərici (39,48 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (372,02 MB/S), axırıncı yeri isə Suriya (3,19 MB/S) tutub.
Azərbaycan mayda mobil internetin sürətinə görə isə mart ayına nisbətən 2 pillə geriləyərək 73,83 MB/S sürətlə 103 ölkə arasında 57-ci olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (539,84 MB/S), sonuncu yeri isə Boliviya (13,45 MB/S) tutub.
Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 196 şəhər arasında 78,86 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Lion (349,44 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,36 MB/S) qərarlaşıb.
Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 90,88 MB/S sürətlə 148 şəhər arasında 84-cü olub.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (594,88 MB/S), sonuncu yeri La Paz (Boliviya) (10,12 MB/S) tutub.
© "Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























