"PAŞA Kapital" "Silk Vey Vest Aviaşirkəti"nin 2-ci tranşı üzrə istiqrazlarını yerləşdirib
İnvestorlar illik 5.5%-dək gəlir qazanacaqlar.20 iyun 2025-ci il tarixində Bakı Fond Birjasında PAŞA Kapital-ın anderrayterliyi ilə Silk Vey Vest Aviaşirkətinə məxsus 10 milyon ABŞ dolları dəyərində istiqrazların II tranşı üzrə yerləşdirilməsi uğurla yekunlaşıb.
Silk Vey Vest Aviaşirkətinə məxsus hər biri 1 000 ABŞ dolları nominal dəyərində olan istiqrazların yerləşdirilməsi üzrə keçirilmiş hərracın nəticələrinə əsasən:
• Sifariş yerləşdirən investorların sayı 50 fiziki və 2 hüquqi şəxs olmaqla ümumilikdə 53 sifariş sayı təşkil etmişdir;
• PAŞA Kapital vasitəsilə 49 sifariş yerləşdirilmiş və onların ümumi həcmi 10,170,481.37 ABŞ dolları olmuşdur;
• Digər investisiya şirkətləri tərəfindən 3 sifariş təqdim olunmuş və ümumi məbləğ 32 000 ABŞ dolları təşkil etmişdir.
• Rəqabətli hərracın nəticəsi olaraq formalaşmış əsas qiymət göstəriciləri:
• Kəsmə qiyməti: 1 000.0000 ABŞ dolları (illik gəlirlilik – 5.50%)
• Orta çəkili qiymət: 1 020.2481 ABŞ dolları (illik gəlirlilik – 4.77%)
PAŞA Kapital vasitəsilə Silk Vey Vest Aviaşirkətinin tədavül müddəti 3 il olan istiqrazlarını əldə edən investorlar rüblük ödəniş əsasında illik 5.5%-dək gəlir qazanacaqlar.
Silk Vey Vest istiqrazlarının ikinci tranşı üzrə keçirilən bu yerləşdirmə zamanı fiziki şəxslərin aktiv iştirakı bir daha sübut etdi ki, yerli kapital bazarlarında fərdi investorların marağı artmaqda davam edir. Bu tendensiya PAŞA Kapital tərəfindən son dövrlərdə həyata keçirilən digər uğurlu istiqraz layihələrində də öz əksini tapır.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
19 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 8 saat əvvəl
-
21 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























