Dünyada ən elit proqramlaşdırma yarışının finalı Azərbaycanda keçiriləcək, güclü proqramçılar ölkəmizə gələcək
"Rəqəmsal mühitdə tələb olunan mühəndislik, məhsul sahibliyi, dizayn və digər bilik domenləri uğurun əsas amillərindəndir. Hamıya məlumdur ki, sadaladığım bilik və bacarıqlara qısa zamanda yiyələnmək heç də asan deyil. Bu səbəbdən hər bir bilik domenində düzgün istiqamətləndirmə və təcrübə çox vacibdir".
Marja xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.
O qeyd edib ki, məhz bu səbəbdən Mərkəzi Bankın dəstəyi ilə bu il İCPC - dünyada ən elit proqramlaşdırma yarışının finalı Azərbaycanda keçiriləcəkdir. Bu deməkdir ki dünyanın bütün universitetlərinin ən güclü proqramçıları Azərbaycana gələcəkdir.
"Sözügedən yarış zamanı dünyanın top təşkilatlarının diqqəti Azərbaycanda olacaq, çünki qeyd etdiyim kimi, bu təşkilatların uğurlu olmasının səbəbi məhz yüksək bilik və bacarığa malik olan insan potensialıdır. OpenAİ, Meta, Google kimi təşkilatların aparıcı rəhbər və mühəndislərindən ibarət komandaların Azərbaycana İCPC alumniləri rolunda gəlməsi də ölkəmizin bu sahədə artan nüfuzunun bir göstəricisi kimi qiymətləndirmək olar. Hesab edirəm ki, finalın Azərbaycanda keçirilməsi bu sahənin populyarlaşmasında öz töfhəsini verəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























