Qlobal bank: Hörmüz boğazı bağlanarsa, neftin qiyməti 110 dollara qalxa bilər
Qlobal invesrisiya bankı Goldman Sachs, Hörmüz boğazı bağlanarsa, neft və təbii qaz qiymətlərində əhəmiyyətli artım ola biləcəyi barədə xəbərdarlıq edib.
Marja.az xəbər verir ki, bank, bu mühüm su yolundan keçən neft axınının bir ay ərzində iki dəfə azalması halında Brent markalı neftin qısa müddət ərzində 110 dollar/barel həddinə çata biləcəyini təxmin edir.
Bundan sonra qiymətlər mülayimləşəcək, Brent nefti 2025-ci ilin dördüncü rübündə orta hesabla 95 dollar/barel olacaq.
Vaşinqtonun həftə sonu İranın nüvə obyektlərinə hücumda İsrailə qoşulmasından sonra neft qiymətləri bazar ertəsi yanvar ayından bəri ən yüksək həddə qalxıb.
Goldman, Polymarket-in məlumatlarına istinad edərək, hazırda İranın 2025-ci ildə Hörmüz boğazını bağlayacağı ehtimalının 52% olduğunu bildirib.
Bundan əlavə, Goldman Sachs qeyd edib ki, İranın tədarükünün gündəlik 1,75 milyon barel azalması Brent neftini 90 dollar/barelə çatdıra bilər.
Ssenarilərdən biri, bank altı ay ərzində İran neft tədarükünün gündə 1,75 milyon barrel azalmasının və ardınca tədricən bərpanın Brent markalı neftin 2026-cı ilə qədər 60 dollara enmədən əvvəl bir barel üçün 90 dollara çata biləcəyini nəzərdə tutur.
Goldman Sachs bildirib ki, İranın istehsalının davamlı olaraq aşağı qaldığı digər ssenariyə görə də Brent neftinin qiyməti 90 dollara çata, 2026-cı ildə 70-80 dollar arasında sabitləşə bilər.
"Yaxın Şərqdəki hadisələrə baxmayaraq, biz gözləyirik ki, ABŞ və Çin də daxil olmaqla, Hörmüz boğazının davamlı və çox böyük bir şəkildə pozulmasının qarşısını almağa çalışmaq üçün tədbirlər görəcəklər", - Goldman Sachs bildirib.
İranın "Press TV" telekanalı xəbər verir ki, İran parlamenti boğazın bağlanması ilə bağlı tədbiri təsdiqləyib. İran keçmişdə boğazı bağlamaqla hədələyib, lakin heç vaxt bu addımı atmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























