Şirkətlər hansı halda cərimələnə bilər?
Şirkətlərin fəaliyyəti yalnız bazar göstəriciləri və maliyyə nəticələri ilə deyil, həm də qanunvericiliyə uyğunluq səviyyəsi ilə ölçülür. Hüquqi və normativ çərçivəyə əməl olunmaması hallarında isə şirkətlər cərimələr, inzibati məsuliyyət və hətta fəaliyyətin dayandırılması kimi ciddi nəticələrlə qarşılaşa bilərlər.
Bu yazıda şirkətlərin hansı hallarda cərimələnə biləcəyini təqdim edirik.
Vergi qanunvericiliyinin pozulması
Vergi qanunvericiliyinin pozulması bütün tərəflər – həm vergi orqanları, həm vergi ödəyiciləri üçün və ən əsası da dövlət maraqları üçün arzuolunmazdır. Vergi hesabatlarının vaxtında təqdim olunmaması, vergi borclarının, rəsmi hesabatlarda saxtakarlıq hallarına görə şirkətlər ciddi maliyyə cəzalari ilə qarşılaşa bilər.
Əmək hüquqlarının pozulması
Əmək Məcəlləsinin tələblərinə əməl etməyən şirkətlər də inzibati məsuliyyət daşıyırlar. İşçilərlə əmək müqaviləsinin bağlanmaması, iş vaxtının düzgün tənzimlənməməsi, əmək təhlükəsizliyi qaydalarına riayət olunmaması və məzuniyyət hüquqlarının pozulması halları cərimələrə səbəb ola bilər. İş yerlərində təhlükəsizlik qaydalarının və texniki normaların gözlənilməməsi – xüsusilə istehsalat sahələrində – həm işçinin sağlamlığını riskə atır, həm də müəssisəni məsuliyyətə cəlb edir
Lisenziya və icazə olmadan fəaliyyət
Müvafiq sahə üzrə lisenziya və ya icazə olmadan göstərilən xidmətlər qanun pozuntusu hesab olunur. Bankçılıq, sığorta, təhsil, səhiyyə və nəqliyyat kimi sahələrdə bu hallar xüsusilə ciddi nəzarət altındadır və icazəsiz fəaliyyətə görə yüksək cərimələr tətbiq olunur. Əgər bir şirkət lisenziyasız fəaliyyət göstərərsə, bu hal qanunsuz sahibkarlıq kimi qiymətləndirilə bilər.
İstehlakçı hüquqlarının pozulması
İstehlakçının məlumatlandırma hüququnun pozulması, yanlış və ya aldatıcı reklamların yayımlanması, keyfiyyətsiz məhsul və xidmətlərin təqdim olunması kimi hallar şirkətləri həm dövlət orqanlarının, həm də məhkəmələrin qarşısında məsuliyyətə cəlb edə bilər. Bu xüsusilə pərakəndə satış, xidmət sektoru və elektron ticarət sahələrində aktualdır.
İcbari Həyat Sığortası üzrə öhdəliklərin yerinə yetirilməməsi
İcbari həyat sığortası istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində əlilliyə görə işini davam etdirə bilməyən işçilərin maddi müdafiəsini təmin edir. Sığortanın bu növü icbaridir, yəni qanunvericiliyin tələbinə əsasən bütün hüquqi şəxslər bu məhsulu əldə etməlidirlər. Nəzərdə tutulan sığorta olmadıqda, İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər 5000 AZN, vəzifəli şəxslər 1500 AZN, fiziki şəxslər isə 500 AZN məbləğində cərimələr olunur.
PAŞA Həyat Sığorta İcbari Həyat Sığortası istiqamətdə işəgötürənlər üçün etibarlı tərəfdaş kimi çıxış edir. Şirkət yüzlərlə dövlət və özəl müəssisəyə icbari qəza nəticəsində həyat sığortası xidmətlərini təqdim edərək həm işçilərin təhlükəsizliyini təmin edir, həm də müəssisələrin qanunvericiliyə uyğun fəaliyyətini asanlaşdırır.
Daha ətraflı məlumat əldə etmək üçün “PAŞA Həyat Sığorta” ASC-nin çağrı mərkəzinə (942) müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
11 saat əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
-
14 saat əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 14 saat əvvəl
-
16 saat əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 gün əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir





.jpg)







.jpg)









