400 min manatlıq dələduzluqda ittiham olunan "firma rəhbərnin"məhkəmə istintaqı yenilənib
Bakıda özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək çoxlu sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Vüsal Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə tərkibdə dəyişiklik olduğu üçün istintaqın yeniləndiyi elan olunub. Təqsirləndirilən şəxsin və zərərçəkənlərin anket məlumatları dəqiqləşdirilib.
Vüsal Bağırov dövlət ittihamçısı Cövdət Mehralıyevə etiraz edib. O, prokurorun daha öncəki iclaslarda onun şikayətlərini nəzərə almadığını söyləyib.
Zərərçəkənlər buna etiraz edib. Dövlət ittihamçısı etiraz yazılı formada olmadığı üçün baxılmamış saxlanılmasını təklif edib.
Məhkəmə qərara alıb ki, etiraz əsassız sayılsın və təmin edilməsin.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Məlum olub ki, zərərçəkənlərə dəymiş ziyanın ümumi məbləği 400 mindən artıqdır.
Vüsal Bağırov özünü elan olunmuş ittihamla bağlı təqsirli bilməyib.
Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, Vüsal Hüseynağa oğlu Bağırov 2022-ci ildə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külii miqdarda zərər vurmaqla törədildikdə) maddəsinə yekun ittiham elan olunub. Həmin maddənin sanksiyasında 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.
Cinayət işi üzrə 23 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























