İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin qalxıb
İsrailin İrana hava zərbələri endirməsindən sonra neft qiymətləri 10 faizdən çox bahalaşıb.İsrailin İrana hava zərbələri endirməsindən sonra neft qiymətləri 13 faizə qədər bahalaşıb. Brent neftinin qiyməti 78,50 dolları test edib. Sonra qiymətlər bir qədər geriləyib.
Marja xəbər verir ki, ABŞ xam nefti 11,38 faiz bahalaşaraq bir bareli 75,82 dollar, Brent markalı neftin qiyməti isə 10,28 faiz artaraq 76,48 dollar olub.
Neft qiymətləri İsrailin hücum hədələrindən sonra İranın paytaxtı Tehranda eşidilən güclü partlayış xəbərlərindən sonra bahalaşıb.
İsrailin müdafiə naziri Yisrael Katz İrana hücum etdiklərini açıqlayıb.
İsrail ordusu radiosu müdafiə naziri Katzın bütün İsraildə fövqəladə vəziyyət elan etdiyini bildirib.
İlk hücumda İranın müxtəlif bölgələrində bir çox hərbi obyektin vurulduğu, hərbi hədəflərə, komandirlərə, qərargahlara və nüvə obyektlərinə hücum edildiyi bildirilib.
İsrail ordusu da İranın nüvə proqramına zərbə vurmaq üçün qabaqlayıcı hücuma keçdiklərini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 14 d. əvvəl
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















