Qızıl 1-ci, pomidor 2-ci, karbamid 3-cü olub - “İxrac icmalı”nın may sayı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın may sayını təqdim edib.
İcmala əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-aprel aylarında yeyinti məhsullarının ixracı 12,1% artaraq 300,8 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-aprel aylarında ixrac olunan kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 35 milyon ABŞ dolları və ya 42,5%, şəkər 1,9 milyon ABŞ dolları və ya 25,8%, qara metallar və onlardan hazırlanan məmulatlar 4,1 milyon ABŞ dolları və ya 16,7%, meyvə-tərəvəz 26,8 milyon ABŞ dolları və ya 14,8 %, alüminium və ondan hazırlanan məmulatlar 6,1 milyon ABŞ dolları və ya 9,8%, pambıq iplik 360,9 min ABŞ dolları və ya 5,3% artıb.
Cari ilin ilk dörd ayında ixrac olunan aqrar məhsullar 14% artaraq 232,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 7,9% artaraq 90,8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 12,2% artaraq 323,6 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (95,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (74,7 milyon ABŞ dolları) ikinci, karbamid (63,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin aprel ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (30,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (30,16 milyon ABŞ dolları) ikinci, pambıq (22,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin ilk dörd ayında Rusiya Federasiyasına 321,4 milyon ABŞ dolları, Türkiyəyə 187,7 milyon ABŞ dolları, Gürcüstana 105,8 milyon ABŞ dolları, İsveçrəyə 100,5 milyon ABŞ dolları, Ukraynaya isə 63 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin aprel ayında Rusiya Federasiyasına 88,5 milyon ABŞ dolları, Türkiyəyə 53,3 milyon ABŞ dolları, İsveçrə 30,9 milyon ABŞ dolları, Gürcüstan 25,1 milyon ABŞ dolları, Qazaxıstan isə 14,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.*
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
-
14 saat əvvəl
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
-
15 saat əvvəl
Səudiyyə Ərəbistanın neft şirkətinin obyekti vurulub, fəaliyyətini dayandırıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
Ən çox oxunanlar
“Yaşıl Cümə” başlayır – hər yer yaşıl olacaq!
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir





















