Mərkəzi Bankın sədri Taleh Kazimov Qazaxıstan Prezidentilə görüşdə iştirak edib
Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının sədrlərini qəbul edib.
Mərkəzi Bankın sədri Taleh Kazimovun iştirak etdiyi görüşdə üzv dövlətlərin maliyyə sektorları arasında əməkdaşlığın gücləndirilməsinin daha geniş iqtisadi tərəfdaşlığa imkan yarada biləcəyi vurğulanıb.
Bu prosesdə mərkəzi bankların rolunun əhəmiyyəti xüsusi olaraq qeyd olunub.
XXX
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının birinci toplantısında iştirak edib.
Toplantı Qazaxıstan Milli Bankının sədri Timur Süleymenovun və Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyevin salamlama nitqi ilə başlayıb.
Sədr Taleh Kazımov çıxışı zamanı Azərbaycanda mövcud iqtisadi inkişaf trendləri barədə məlumat verib və pul siyasətinin ötürücülüyünün artırılması istiqamətində AMB tərəfindən həyata keçirilən təşəbbüslərdən danışıb. O, maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi və rəqəmsal valyutanın inkişafı istiqamətində AMB tərəfindən atılan mühüm addımları diqqətə çatdırıb.
AMB sədri Türk Dövlətləri Təşkilatının regional və qlobal əhəmiyyətli platforma kimi ölkələr və mərkəzi banklar arasında səmərəli qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xidmət edəcəyinə dair əminliyini ifadə edib.
Sədr çıxışının sonunda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının növbəti toplantısının Bakı şəhərində keçiriləcəyi barədə məlumat verib.
Toplantıda Qırğız Respublikasının Milli Bankının sədri Melis Turqunbayev, Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan, Özbəkistan Mərkəzi Bankının sədri Timur İşmetov və Macarıstan Mərkəzi Bankının icraçı direktoru Qabor Szöksün də çıxışları baş tutub.
Xatırladaq ki, ötən ilin noyabr ayında AMB sədrinin iştirakı ilə Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının On Birinci Zirvə Görüşü çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın yaradılmasına dair Memorandumun imzalanma mərasimi keçirilib. Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Türkiyə və Özbəkistan mərkəzi banklarının sədrləri tərəfindən imzalanan Memorandumun əsas məqsədi banklar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verməkdir.
Qeyd edək ki, məsləhətçi və məşvərətçi orqan funksiyasını daşıyan Şuranın əsas vəzifəsi monetar siyasət, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq doğuran sahələrdə birgə məsləhətləşmələr və tədqiqatlar həyata keçirməkdir. Şura regional iqtisadi dayanıqlılığın gücləndirilməsinə, maliyyə sabitliyinin möhkəməndirilməsinə və üzv ölkələr arasında bilik mübadiləsinin təşviqinə dəstək verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
29 d. əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
46 d. əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
58 d. əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 2 saat əvvəl
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















