“Azərstar” Rusiyanın 2 şirkətilə müqavilə imzaladı
“Worldfood Moscow” çərçivəsində bir sıra Azərbaycan məhsullarına böyük maraq göstərilib. Artıq Azərbaycanın “Azərstar” MMC şirkəti ilə Rusiyanın 2 şirkəti arasında yerli fındığın bu ölkəyə ixracına dair müqavilələr imzalanıb.
Bu barədə “Marja”ya İqtisadiyyat Nazirliyindən bildirilib.
Rusiyanın kütləvi informasiya vasitələri də “Made in Azerbaijan” stendinə böyük maraq göstərirlər.
Rusiyada keçirilən 26-cı “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günündə ölkəmizin “Made in Azerbaijan” vahid ölkə stendi sərgi ziyarətçiləri, xüsusilə də müxtəlif ölkələrin nümayəndə heyətləri tərəfindən maraqla qarşılanıb.
Milli üslubda hazırlanmış Azərbaycan stendini ziyarət edənlərə 30-dan çox ixracatçı şirkətimizin keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları, ölkəmizin biznes və investisiya imkanları barədə geniş məlumat verilib, çap materialları paylanıb.
Ziyarətçilər Azərbaycan stendində nümayiş olunan meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qida məhsullarına dair geniş məlumat almaq və onları dadmaq imkanı əldə ediblər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
13 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
18 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 30 d. əvvəl
- 32 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























