Mərkəzi Bank tərəfindən “İnteraktiv statistik məlumat bazası” istifadəyə verilib
Mərkəzi Bank tərəfindən ictimaiyyəti əsas statistik göstəricilər və analitik icmallarla operativ qaydada təmin etmək məqsədilə yeni “İnteraktiv statistik məlumat bazası” (Naviqasiya) yaradılıb.
Mərkəzi Bankı yaydığı məlumatda qeyd edilib ki, yeni Naviqasiya sistemi daxili və xarici istifadəçilərin kritik məlumatlara çıxış imkanlarını genişləndirmək məqsədilə 2 dildə (Azərbaycan və İngilis dilləri), funksional və müasir interfeysdə hazırlanıb. Hazırda Naviqasiya ana səhifə və 5 fərqli bölmədən (Makroiqtisadi statistika, Monetar statistika, Maliyyə sektorunun statistikası, Ödəniş sistemlərinin statistikası və Xarici sektorun statistikası) ibarətdir. Hər bir bölmə üzrə məlumat tutumlu lövhələr, qrafiklər və cədvəllər yer almaqdadır. Bununla yanaşı, Naviqasiya sistemində ana səhifədə xüsusi “Dinamik xəritə” bölməsi yaradılıbdır ki, bu bölmədə hər bir şəhər (rayon) üzrə ən vacib maliyyə göstəricilərini təhlil etmək mümkündür.
Bu təşəbbüs elmi-tədqiqat işlərinin aparılması, proqnozlaşdırma, analitik arayışların hazırlanması və s. kimi məqsədlər üçün məlumat bazası rolunda çıxış edəcəkdir. Növbəti dövrlərdə zərurət olduqca Naviqasiya sisteminin əhatəliliyinin artırılması imkanlarına da baxılacaqdır.
“İnteraktiv statistik məlumat bazası” Mərkəzi Bankın rəsmi internet səhifəsində Statistika bölməsinə inteqrasiya edilib.
“İnteraktiv statistik məlumat bazası”na aşağıdakı keçid vasitəsilə daxil olmaq mümkündür:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib



















