“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra statusu açıqlanıbdı
Mərkəzi Bankın İdarə Heyəti tərəfindən ötən il təsdiqlənmiş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra statusu açıqlanıb.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, Strategiyada maliyyə sektoru üzrə müəyyənləşdirilmiş strateji fəaliyyətlərin icrasına dair hesabat hazırlanaraq Mərkəzi Bankın rəsmi veb-səhifəsində yerləşdirilib.
Hesabatda 31 dekabr 2024-cü il tarixinə plan üzrə icra olunan fəaliyyət istiqamətlərindən əlavə, həm də gecikən fəaliyyət istiqamətləri üzrə məlumatlar da öz əksini tapıb. Hesabatda, həmçinin hər sektor üzrə əsas nailiyyətlər, növbəti addımlar və ehtimal olunan kəmiyyət xarakterli potensialın 2024-cü ilin sonuna olan göstəriciləri üzrə təhlillər də qeyd olunub.
Xatırladılıb ki, üçillik Strategiya maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və maliyyə alətlərinin şaxәlәndirilməsi, sektorda sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, həmçinin şәffaflıq və dayanıqlılığının gücləndirilməsi kimi strateji məqsədləri özündə əks etdirir.
“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra statusu ilə bağlı hesabatı nəzərdən keçirmək üçün bu linkə daxil ola bilərsiniz:
https://uploads.cbar.az/assets/f94012e342aab6662a06c1c91.pdf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
9 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
15 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























