"Rabitəbank"ın əməliyyat mənfəəti azalıb - XƏRCLƏRİN ARTMASI MƏNFƏƏTƏ MƏNFİ TƏSİR EDİB
"Rabitəbank" ASC 2025-ci ilin 1-ci rübünü (yanvar-mart) 4 milyon 657 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin eyni dövrünü 4 milyon 313 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Rabitəbank"ın xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə 2024-cü ilin 1-ci rübü ilə müqayisədə 344 min manat və ya 8% artıb. Xalis mənfəətin artması mümkün zərərlər üçün yardılan məqsədli ehtiyatlara ayrılan vəsaitin azalmasından qaynaqlanır. Bankın cari fəaliyyətinin nəticəsini daha dəqiq göstərən əməliyyat mənfəəti azalıb.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ilk rübdə "Rabitəbank"ın əməliyyat mənfəəti 1 milyon 972 min manat və ya 23,5% azalaraq 6 milyon 413 min manata düşüb. Bank 2024-cü ilin ilk rübündə 8 milyon 385 min manat əməliyyat mənfəəti əldə etmişdi. Qeyri-faiz gəlirlərinin azalması ilə paralel olaraq Bankın faiz və qeyri-faiz xərclərinin daha çox artması əməliyyat mənfəətinin düşməsinə səbəb olub.
Mümkün zərərlər üçün yardılan məqsədli ehtiyatlara ayrılan vəsaitin azalması isə "Rabitəbank"ın xalis mənfəətinin kəskin düşməsinin qarşısını alıb.
2024-cü ilin ilk rübündə "Rabitəbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 40 milyon 347 min manat ikən, 2025-ci ilin ilk rübündə Bankın cəmi əməliyyat gəlirləri 40 milyon 642 min manat təşkil edib (cəmi 295 min manat artıb). Bankın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) isə ötən ilin ilk rübündə 31 milyon 962 min manat ikən, 2025-ci ilin ilk rübündə 34 milyon 229 min manaat olub (2 milyon 267 min manat artıb). Xərclərdəki artımın məbləği gəlirlərdəki artımın məbləğini üstələdiyindən "Rabitəbank"ın əməliyyat mənfəəti düşüb.
"Rabitəbank"ın cəmi cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə 25 milyon 879 min manat və ya 3% artaraq 31 mart 2025-ci il tarixində 873 milyon 971 min manat təşkil edib.
2024-cü ilin sonu ilə müqayisədə ilk rübdə "Rabitəbank"ın cəmi aktivləri 43 milyon 932 min manat artaraq 1 milyard 198 milyon 397 min manata, cəmi depozitlər isə 12 milyon 837 min manat artaraq 690 milyon 056 min manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 d. əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 26 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
























