Karqo hava limanının tikintisi üzrə görülən işləri və növbəti addımları müzakirə edilib
Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun ikinci iclası keçirilib. Ələt Azad İqtisadi Zonasında investorların səmərəli fəaliyyəti üçün dayanıqlı infrastrukturun və kommunal xidmətlərin qurulması, ərazidə reallaşdırılan layihələr, karqo hava limanının tikintisi üzrə görülən işlər müzakirə olunub.Ələt Azad İqtisadi Zonası ilə bağlı yaradılmış İşçi Qrupun ikinci iclası keçirilib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilri ki, iclasda iqtisadiyyat naziri, İşçi Qrupun rəhbəri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
İclasda ökəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq, müasir sənaye müəssisələrinin qurulduğu, qeyri-neft-qaz sənayesinin inkişafına xidmət edən mütərəqqi mexanizmlərin tətbiqi nəticəsində mühüm nailiyyətlər əldə edildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, iqtisadiyyatımızın diversifikasiyası baxımından əhəmiyyət kəsb edən Ələt Azad İqtisadi Zonasının qısa zaman içərisində qurularaq investorların istifadəsinə verilməsi və beləliklə ölkə iqtisadiyyatının aparıcı drayverlərindən birinə çevrilməsi böyük önəm daşıyır. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, həmin sərmayədarların Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində iqtisadi inkişafa töhfə vermək, həmçinin yeni iş yerləri yaratmaq əsas hədəflərdəndir.
Qeyd edilib ki, Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər investorların İqtisadi Zonaya marağını artırır. İqtisadi Zona Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq–Qərb, Şimal–Cənub və Orta Dəhliz beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rolu olan ölkəmizin strateji əhəmiyyəti artacaq.
İclasda ərazidə reallaşdırılan layihələr, investorların səmərəli fəaliyyəti üçün dayanıqlı infrastrukturun və kommunal xidmətlərin qurulması, karqo hava limanının tikintisi üzrə görülən işləri və növbəti addımları müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
- 29 d. əvvəl
-
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 40 d. əvvəl
-
42 d. əvvəl
“Fırtına Su Sistemləri” Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac həyata keçirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
İki KOB klaster şirkətində 20-dən çox KOB birləşəcək
Amerikanın yükdaşıma nəhəngi 48 min nəfəri işdən çıxarıb
Microsoft-un OpenAI-dəki payı 27 faizə çatacaq
Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Bakı metrosunda gediş haqqının bank kartları ilə ödənilməsi sistemi test rejimində istifadəyə verilib
Rəsmi məzənnələr açıqlandı
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.

















.jpg)










.jpg)
