810 milyon manatlıq zavod SOCAR-ın mülkiyyətinə keçdi
“SOCAR Methanol” MMC yaxın gələcəkdə “Made in Azerbaijan” markası ilə yeni məhsulların istehsalını planlaşdırır. Avqustdan etibarən SOCAR-ın mülkiyyətinə keçən zavodda bu il 250 min ton metanol istehsal edilməsi nəzərdə tutulub. Zavodda istehsal olunan məhsullar əsasən Türkiyə, bir sıra Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələrinə ixrac edilir. “SOCAR Methanol” MMC-nin baş direktorunun müavini Tural Baxşıyev metanol zavodunun istehsal gücü və fəaliyyəti ilə bağlı son məlumatları bölüşüb.
- Tural müəllim “Made in Azerbaijan” markası ilə yeni məhsulların istehsalı nə vaxta planlaşdırılır?
- “SOCAR Methanol” MMC “SOCAR” brendi altında “Made in Azerbaijan” markası ilə son istifadəçilər üçün nəzərdə tutulmuş yeni məhsulların yaxın gələcəkdə buraxılması üzərində tədqiqat işləri aparır. “SOCAR Methanol” MMC istehsalın təkmilləşdirilməsi məqsədilə Azərbaycanın bir neçə elmi təşkilatı ilə - Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutu, Beynəlxalq Ekoenerji Akademiyası, eləcə də digər elmi müəssisələr və araşdırma mərkəzləri ilə elmi-istehsal yöndə əməkdaşlığa başlayıb.
- Bu il üçün zavodda hansı həcmdə metanol istehsalı nəzərdə tutulur?
- Bu il üçün 250 min ton metanol istehsalı planlaşdırılıb. Artıq nəzərdə tutulan illik istehsal hədəfinin 75 faizi yerinə yetirilib.
- Zavodun illik istehsal gücü nə qədərdir?
- Metanol zavodunun maksimal illik istehsal gücü 650-700 min tondur. Yaxın gələcəkdə illik istehsalın 500 min tona çatdırılması bizim strateji hədəfimizdir.
- Hazırda Azərbaycandan hansı ölkələrə metanol ixrac edilir? Gələcəkdə ixracın genişləndirilməsi nəzərdə tutulubmu?
- Metanol zavodunda istehsal olunan məhsulun ixrac olunduğu ölkələr arasında Türkiyə, bir sıra Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələri üstünlük təşkil edir. Məhsulun ixracı ilə əsasən SOCAR-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi məşğul olur.
- SOCAR ötən il zavod üçün 394 milyon manat avans ödənişi edib. Lakin zavod 810 milyon manat qiymətləndirilir. Zavod üzərində nəzarət tam olaraq SOCAR-a nə zaman keçəcək?
- Metanol zavodu 2016-cı ilin noyabr ayından etibarən SOCAR-ın idarəçiliyi altında onun törəmə şirkəti olan “SOCAR Methanol” MMC tərəfindən idarə olunur. Bu ilin avqust ayından etibarən isə zavod SOCAR-ın mülkiyyətinə keçib.
- Zavodda nə qədər işçi çalışır?
- Hazırda zavodda 350-dən çox Azərbaycan vətəndaşı daimi işlə təmin olunub. İşçilərin orta yaş həddi 36 yaş təşkil edir.
© Azərtac
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 15 saat əvvəl
-
- 17 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB























