Beynəlxalq Startap Yarışmasında ölkəmizi təmsil edəcək startap məlum olub
“CLIMASEL” layihəsi Əbu-Dabidə keçiriləcək Beynəlxalq Startap Yarışmasında xarici investorlara təqdim olunacaq.İllik İnvestisiya Toplantısı (“AIM Congress”) çərçivəsində təşkil olunacaq Beynəlxalq Startap Yarışmasında ölkəmizi təmsil edəcək startap müəyyən edilib.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, müsabiqəyə təqdim edilmiş 44 layihə arasından seçilən "CLIMASEL" layihəsi “AIM Congress”in Milli Turunun qalibi kimi ölkəmizi 7-9 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində təmsil edəcək. Binalar üçün ağıllı panel istahsalı layihəsi olan “CLIMASEL” dünyanın 100-dən çox ölkəsindən olan startaplarla birgə xarici investorlara təqdim olunaraq, investisiya qazanmaq şansı əldə edəcəkdir.
Qeyd edək ki, Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil edəcək startapın seçilməsi məqsədilə cari ilin fevral-mart aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Milli Tur keçirilib. Müsabiqəyə yaşıl texnologiya, kibertəhlükəsizlik, mobillik, əlavə edilmiş və virtual reallıq, sağlamlıq texnologiyası kimi sahələr üzrə 44 layihə təqdim edilib. Münsiflər heyəti tərəfindən milli turun qalibi kimi “CLIMASEL” seçilib. “CLIMASEL” “AIM Congress” çərçivəsində tədbirin sosial şəbəkə hesablarında təşviq olunacaq, tədbir məkanına ödənişsiz daxil olmaq imkanı əldə edəcək və Beynəlxalq Startap Yarışmasında startapını investorlara təqdim etməsi üçün stendlə təmin olunacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























