Azərbaycanın Ukraynadan aldığı şəkərin həcmi açıqlanıb
Ukrayna marketinq ilinin (sentyabr-iyul) son ayı ərzində xarici bazarlara 18,3 min ton şəkər tədarük edib.
Bu barədə Ukrayna mətbuatı xəbər verir.
Məlumata görə, əsas tədarüklər Azərbaycan (7,8 min ton), Türkiyə (5,2 min ton), Gürcüstan (2,5 min ton) və Moldovaya (1,4 min ton) həyata keçirilib.
"Bütövlükdə, 2016/2017-ci marketinq ili ərzində yerli şəkər istehsalçıları 769,3 min ton (6,8 dəfə çox) şəkər ixrac ediblər. Bu, müstəqillik illəri ərzində rekord göstərici hesab edilir. Belə ki, ötən il ölkədə 112,96 min ton şəkər istehsalı qeydə alınıb",- deyə "Ukrtsukor" assosiasiyasının analitik şöbəsinin rəhbəri Ruslana Butılo bildirib.
2017/2018-ci marketinq ilində Ukraynada 46 şəkər zavodu işləyəcək. Bu, ötənilki mövsümdən 4 dəfə çoxdur. Ukrayna il ərzində ixrac həcmini 33 dəfə artırıb. 2016-cı ildə məhsulun keyfiyyətinin yaxşılaşdırılması 1 ha sahədən 6,9 ton şəkər götürməyə imkan verib. Bu, 2010-cu ilin göstəricisindən 3 dəfə çoxdur.
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 4 d. əvvəl
-
56 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























