Dollar Avro qarşısında 6 ayın ən aşağı səviyyəsindədir
Dollar ABŞ prezidenti Donald Trampın əsas ticarət tərəfdaşlarına gözləniləndən daha sərt tariflər elan etməsindən sonra ucuzlaşıb. Dollar qarşısında güclü performans göstərən avro 1,0990-ı görərək, oktyabrın 9-dan bu yana ən yüksək səviyyəsinə çatıb.Dünən ABŞ prezidenti Donald Trampın əsas ticarət tərəfdaşlarına gözləniləndən daha sərt tariflər elan etməsindən sonra Dollar ucuzlaşıb.
Marja xəbər verir ki, Dollar qarşısında güclü performans göstərən Avro 1,3% də bahalaşaraq 1,0990 dollara yüksəlib (Bakı vaxtı ilə saat 11:00-a olan məlumat). Bu, oktyabrın 9-dan bu yana ən yüksək səviyyədir. Bazarlar "silkələnən kimi" investorlar "təhlükəsiz sığınacaq" olaraq görünən Yapon yeni və İsveçrə frankına da üz tutublar.
Tramp daha əvvəl alüminium, polad və avtomobillərə əlavə rüsumlar tətbiq edib və Çindən gələn bütün məhsullara rüsumları artırıb. Yeni tariflər Trampın Ağ Evə qayıtdıqdan sonra başlatdığı ticarət müharibəsini dərinləşdirib, eyni zamanda qlobal iqtisadi yavaşlama ilə bağlı narahatlıqları artırıb.
Bazar riskdən qaçır
Capital.com-un baş bazar analitiki Kyle Rodda, "Bazarlar hazırda riskdən kənar rejimdədir və daha zəif qlobal iqtisadi artım üçün qiymətlər təyin edirlər" deyib. Rodda, investorların, yaxın günlərdə ticarət tərəfdaşlarının tarifləri yenidən müzakirə etmək şansının olub-olmadığını və daha çox ticarət məhdudiyyətlərinin mümkünlüyünü qiymətləndirəcəklərini söyləyib.
Riskli valyutalar düşür, Yen və İsveçrə frankı möhkəmlənir
Yeni tariflərin açıqlanması ilə riskli aktivlərin satışı baş verib. Avstraliya dolları 0,5 faiz ucuzlaşaraq 0,6268 dollara, Yeni Zelandiya dolları isə 0,26 faiz ucuzlaşaraq 0,5730 dollara düşüb.
İnvestorlar təhlükəsiz sığınacaq kimi görünən Yapon yeni və İsveçrə frankına üz tutublar. Yen dollara nisbətdə təxminən 1 faiz bahalaşaraq 147,99, İsveçrə frankı isə 0,8787-ə qədər möhkəmlənib.
Saxo Bankın baş makrostrateqi Con Hardi, "Yapon yenisi mütləq "təhlükəsiz liman" ticarətində ön sıralarda olacaq" deyib. O, ABŞ Xəzinədarlığı istiqrazlarının xüsusilə qısamüddətli gəlirlilik baxımından da təhlükəsiz "sığınacaq" ola biləcəyini əlavə edib.
Avro və Sterlinq bahalaşıb
Tarif elanından sonra avro və Britaniya funt-sterlinqi bahalaşıb. Milli Avstraliya Bankının baş valyuta strateqi Rodriqo Katril bildirib ki, Avropa ticarət müharibəsinə cavab verməkdənsə, öz iqtisadiyyatını dəstəkləməyə diqqət yetirir və bazarlar bu sakit və ölçülü yanaşmanı alqışlayır.
Çin yuanı və Meksika pesosu zəifləyib
Trampın qərarından sonra Çinin xaricdəki yuanı son bir ayın ən aşağı səviyyəsinə düşüb. İnkişaf etməkdə olan bazarlarda Meksika pesosu dollar qarşısında 0,25 faiz dəyər itirərək 20,2520 səviyyəsinə düşüb.
Qızıl bahalaşıb
ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın Dünya ölkələrinə 10%-50% civarında gömrük vergiləri (tariflər, və ya rüsumlar) tətbiq etdiyini açıqladıqdan sonra bir unsiya qızılın qiyməti 3167 dollar səviyyəsinə yüksələrək rekord yeniləyib. İlin əvvəlindən qızıl 20 faiz bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
10 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
10 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
10 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
11 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb







.jpg)


















