Yerli qızıldan hazırlanan məhsullar tükənib, satışı mövcud deyil
“AzerGold” QSC-nin yerli qızıldan hazırlanan sikkə və külçələrinin pərakəndə satışında fasilə yaranıb.
Marja.az xəbər verir ki, azergold.gift saytında "Məhsullar" bölməsində qızıl sikkə və külçə məhsulları barədə məlumatlar yığışdırılıb. Hazırda onlayn şəkildə qızıl məhsulları almaq mümkün deyil.
Həmçinin, hazırda Bakıda Bülbül prospekti, 3 ünvanında yerləşən "AzerGold" Satış və mübadilə mərkəzində də qızıl sikkə və külçə məhsullarının satışı mövcud deyil.
Gümüş sikkələrin satışı isə davam edir.
"AzerGold"ın Satış və mübadilə mərkəzindən Marja.az-da bildiridi ki, hazırda "stokda" (anbarda) qızıl məhsulları yoxdur, bu səbəbdən satışda mövcud deyil. Aprelin 15-dən etibarən qızıl məhsullarının yenidən satışda olacağı gözlənilir.
Qeyd edək ki, geo-siyasi gərginlik və iqtisadi narahatlıqlar ilə əlaqədar olaraq Dünya bazarında qızıl sürətlə bahalaşır. Dünən 1 unsiya qızılın qiyməti 3100 dolları da keçirək rekord qırıb. Sarı metalın sürətlə bahalaşması ona tələbi daha da artırıb.
XXX
02 aprel 2025, 19:44 - “AzerGold”: Yerli qızıl məhsullarınının satışı dayandırılmayıb
“AzerGold” QSC “Yerli qızıldan hazırlanan məhsullar tükənib, satışı mövcud deyil” başlıqlı xəbərə münasibət bildirib.
Şirkətdən Marja.az-a bildirilib ki, yayımlanmış məlumat qeyri-dəqiq olub.
"Bildirmək istərdim ki, “AzerGold” QSC tərəfindən yerli qızıl və gümüş xammalından müxtəlif çəki və dizaynlarda hazırlanmış qiymətli məhsulların satışı dayandırılmayıb. 01.04.2024-cü il tarixində və hazırda da www.azergold.gift onlayn satış platformasında, eləcə də Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində satış fasiləsiz olaraq davam etdirilir. Cəmiyyətin onlayn satış platformasında “AzerGold” məhsullarının satış, o cümlədən geri alış qiymətləri yalnız Mərkəzi Bankın gündəlik məzənnəsinə uyğun olaraq dəyişdiyi zaman texniki yenilənmələr prosesində qısa müddət ərzində deaktiv edilir. Bu, heç bir halda satışların dayandırılması demək deyildir.
Diqqətinizə çatdırmaq istərdik ki, “AzerGold” QSC tərəfindən yerli qızıl və gümüş xammalından müxtəlif çəki və dizaynlarda hazırlanmış qiymətli məhsulların – qızıl sikkə və külçələrin, gümüş sikkələrin satışı 2019-cu ildən etibarən fasiləsiz olaraq həyata keçirilir. Ən yüksək keyfiyyətdə istehsal edilən qızıl və gümüş sikkə çeşidləri xalqımızın qədim tarixi keçmişini, zəngin milli-mənəvi dəyərlərini təbliğ edir. Məhsullarımıza həm unikal hədiyyə seçimi qismində, həm də istənilən zaman milli valyuta ilə mübadilə bilən sərfəli investisiya aləti kimi tələbat kifayət qədər böyükdür. Tələbata uyğun olaraq vaxtaşırı məhsul ehtiyatı təmin edilir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 d. əvvəl
Xalq Bank Eurasian Bank və Uzpromstroybank nümayəndə heyətlərini qəbul edib
-
- 33 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycanın ötən il Gürcüstanda ən çox sərmayə yatırdığı sahə açıqlanıb
-
38 d. əvvəl
Gələn il Qazaxıstan-Azərbaycan ticarət dövriyyəsi bir milyard dollara çata bilər
-
40 d. əvvəl
Mərkəzi Bankda kapital bazarlarının infrastrukturunun gücləndirilməsi müzakirə edilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
DTX-nın Balakəndə əməliyyat keçirirdiyi, İcra başçısının saxlanıldığı bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hər tərzə uyğun yatırım hesabı
Mərkəzi Bankda kapital bazarlarının infrastrukturunun gücləndirilməsi müzakirə edilib
Yaponiyanın Mərkəzi Bankı faizini sabit saxlayıb
Ən çox oxunanlar
“Prior Credit BOKT”ın vəzifəli şəxsi cərimə edilib
Starbucks-ın satışları təxminən 2 ildən sonra ilk dəfə artıb
Samsung mənfəətini ikiqat artırıb
Azərbaycanda 5 bankın nizamnamə kapitalı 300 milyon manatdan çoxdur
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstəyi gücləndirir










.jpg)










