“KredAqro” BOKT 2024-cü il üzrə əsas göstəricilərini açıqladı
2024-cü ildə 2023-cü ilin sonu ilə müqayisədə “KredAqro” BOKT-ın ümumi faiz gəlirləri 1 milyon 880 min 742 manat olmaqla 28.27 % artmışdır. Digər müsbət göstərici olaraq, təşkilatın xalis kredit portfeli ötən il ilə müqayisədə 1 milyon 576 min 374 manat, yəni 29.53 % nisbətində artım olmuş və problemli kreditlərin səviyyəsi ötən illə müqayisədə 1,38% nisbətində azalmışdır.“KredAqro” Bank Olmayan Kredit Təşkilatı 2024-cü ilin yekunlarına əsasən əsas maliyyə göstəriciləri üzrə artım dinamikasini qorumuş və bazarda mövqeyini möhkəmləndirmişdir.
Təşkilatın yaydığı press-relizdə bildirilir ki, real sektorun, ev təsərrüfatlarının dəstəklənməsi istiqamətində və yeni rəqəmsal məhsulların inkişafı istiqamətində aktiv fəaliyyətlərini davam etdirən “KredAqro” BOKT MMC 2024-cü ili 112 min 83 manat xalis mənfəətlə başa vurmuşdur. Təşkilat 2023-cü ili 87 min 478 manat xalis mənfəət ilə bağlamışdı.
Qeyd olunub ki, 2024-ci ilin yekunlarına görə, “KredAqro” BOKT MMC-nin cəmi aktivləri 10 milyon 479 min 521 manat olmaqla, ötən ilin analoji dövrü ilə müqayisədə 22.22 % artım etmişdir. Təşkilatın xalis kredit portfeli 6 milyon 914 min 221 manat olmuşdur ki, bu da ötən ilki göstərici ilə müqayisədə 29.53 % artım deməkdir.
Təşkilatın 2024 cü il üzrə ümumi faiz gəlirləri 1 milyon 880 min 742 manat olmuşdur ki, bu da əvvəlki ilin sonu ilə müqayisədə 28.27 % artmışdır. Digər müsbət göstərici olaraq, təşkilatın xalis kredit portfeli ötən il ilə müqayisədə 1 milyon 576 min 374 manat, yəni 29.53 % nisbətində artım olmuş və problemli kreditlərin səviyyəsi ötən illə müqayisədə 1,38% nisbətində azalmışdır.
Vurğulanıb ki, hesabat ili ərzində təşkilat, "PAŞA Bank" kimi nüfuzlu maliyyə qurumu ilə uğurlu maliyyə əməkdaşlığını davam etdirmiş, cəlb olunmuş maliyyə vəsaitinin həcmini artmış və nəzərdə tutulmuş öhdəlikləri vaxtında yerinə yetirmişdir.
Eyni zamanda, qeyd olunub ki, 2024 cü il ərzində təşkilatın xüsusi mobil tətbiqi tam olaraq istifadəyə verilmiş və tam rəqəmsal məhsul olan “Mobil Kredit” məhsulunu öz müştərilərinə təqdim etmişdir. Belə ki, “Mobil Kredit” məhsulu tam olaraq avtomatlaşdırılmış və şəxsi istehlak məqsədi üçün online qaydada verilən kredit məhsuludur. Bundan başqa qeyd olunmalıdır ki, təşkilat, risklərin minimuma endirilməsi istiqamətində innovativ tədbirlər həyata keçirmiş və bu istiqamətdə də əsaslı rəqəmsallaşma modelləri tətbiq etmişdir.
"Təşkilatın maliyyə göstəricilərinin ötən ilin analoji dövrü ilə müqayisədə əhəmiyyətli müsbət dinamikası müşahidə olunur və tətbiq edilən innovativ həllər, qarşıdakı illərdə də bu müsbət tendensiyaların qoruyacağı və gəlirlərinin artacağından xəbər verir",- press-relizdə qeyd edilib.
2000-ci ildən etibarən fəaliyyət göstərən “KredAqro” BOKT MMC ölkənin müxtəlif regionlarında 11 satış nöqtəsi ilə müştərilərinin xidmətindədir və 24 illik təcrübəsi ərzində müxtəlif dövrlərdə BOKT-lar arasında lider mövqelərdə yer almışdır. Təşkilat öz müştərilərinə biznes, şəxsi istehlak, kənd təsərüffatı, lizinq, Lombard və rəqəmsal platforma üzərindən online istehlak kreditlərini təklif edir. Müştərilərə göstərilən xidmətlərin keyfiyyətini müntəzəm olaraq yüksəldilməsi və bu xidmətlərin çeşid və əhatə dairəsinin genişləndirilməsi Təşkilatın əsas məqsədlərindən biridir. Beləliklə qeyd olunmalıdır ki, təşkilat, müştərilərin məmnuniyyətinin artırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirmiş və gələcək illərdə də bu tendensiyanın davam etdirməsi istiqamətində çalışır.
“KredAqro” BOKT MMC-nin ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. “KredAqro” BOKT MMC–nin təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 4412134 Məlumat Mərkəzinə zəng edərək, habelə Təşkiatımızın rəsmi web səhifəsini və ya sosial şəbəkələrdəki (Facebook, Instagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 22 saat əvvəl
-
22 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
23 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
23 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























