İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti cüzi artıb
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2024-cü ili 23 milyon 378 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Fond 2023-cü ili 23 milyon 233 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, İKZF-nın faiz gəlirləri 2023-cü ildə 79 milyon 387 min manat ikən, 2024-cü ildə 94 milyon 188 min manata yüksəlib (14 milyon 801 min manat və ya 18,6% artıb).
Ötən il İKZF-nın faiz xərcləri isə 12 milyon 883 min manat və ya 29 min manat artaraq 57 milyon 352 min manata yükəlib.
İKZF-nın haqq və komissiya gəlirləri 2023-cü ildə 1 milyon 173 min min manat ikən, 2024-cü ildə 1 milyon 87 min manata düşüb. Fondun digər gəlirləri isə 1 milyon 367 min manatdan 1 milyon 599 min manata yüksəlib.
31 Dekabr 2024-cü il tarixində İKZF-nın cəmi aktivləri 3 milyard 328 milyon 408 min manat olub ki, bu da illik müqayisədə 534 milyon 943 min mnaat və ya 19,1% çoxdur.
31 dekabr 2024-cü il tarixində Fondun ipoteka kreditləri portfeli 2 milyard 276 milyon 601 min manat, satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondu 347 milyon 979 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
41 d. əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
1 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
3 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı


























