“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Həm Trampın tarif siyasəti, həm də Amerikada proqnozların altında açıqlanan İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksi göstəriciləri ötən həftə ərzində də dolları təzyiq altında saxlamağa davam etdi. Xüsusilə də, Amerikada artan resessiya ehtimalları ABŞ dollarının major valyutalar qarşısında dəyər itirməsində təsirli oldu.
ABŞ prezidenti Donald Tramp Avropanın Amerika viskisinə tətbiq etdiyi 50%-lik rüsumlara cavab olaraq Avropa İttifaqından alkoqol məhsullarına 200% rüsum tətbiq edəcəyinə söz verib. Həmçinin, Rusiya-Ukrayna müharibəsində hələ ki, sona gəlinmədiyinə dair artan narahatlıqlar, Amerikanın Yəmənə hücumları nəticəsində Qırmızı dənişdə yenidən alovlanan müharibə qorxuları dolların ucuzlaşması tendensiyasını daha uzunmüddətli edə bilər.
EUR/USD və GBP/USD məzənnələri ötən həftəni müvafiq olaraq 1.08800, 1.29400 hədlərində tamamladılar. Hər iki məzənnə cari həftəyə də artımla başlayıblar. Artan geosiyasi risklər, Rusiya - Ukrayna cəbhəsində və Yaxın Şərqdə yenidən alovlanan hərbi qarşıdurmalar, gərginləşən qlobal ticarət münasibətləri, həmçinin Amerika iqtisadiyyatında getdikcə güclənən resessiya ehtimalları “Güvənli liman” olan qızıla tələbin kəskin artmasına səbəb olub. Qiymətli metal ötən həftə 3005$-a qədər dəyər qazanıb və yeni tarixi rekord həddi müəyyən edib. Hazırda 2983$-dan təklif olunan qızılın qiyməti 2900$-ın üzərində qaldığı müddətdə artım tendensiyası hələ uzun müddət davam edə bilər.
Cari həftə ərzində investorların diqqət mərkəzindəki əsas xəbərlər Amerika Federal Ehtiyyatlar Sisteminin, İngiltərə Bankının (BoE), Yaponiya Bankının (BoJ) və İsveçrə Mərkəzi Bankının (SNB) faiz qərarları olacaq.
Həftənin iqtisadi təqvimində yer alan digər xəbərlər isə Avrozonada və Kanadada İstehlak Qiymətləri İndeksi, Amerikada Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi, İngiltərədə əmək bazarı hesabatı, Yeni Zelandiyada ÜDM hesabatı, eləcə də FED, AMB, BoE, BoJ və Kanada Mərkəzi Bank sədrlərinin çıxışları dünya birjalarında ciddi dalğalanmalara səbəb ola bilər.
EUR
Ötən həftə ərzində 1.08800 səviyyəsində tamamlayan EURUSD məzənnəsi cari həftəyə cüzi itkilərlə start verdi. Hazırda valyuta cütlüyü 1.08660 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Avrozonada dərc olunacaq CPİ hesabatı və AMB sədri Kristi Laqardın çıxışı avronun dünya birjalarındakı qiymətlərinə yön verə biləcək əsas xəbərlərdir.
GBP
Keçən həftəni 1.29400 həddində tamalayan GBPUSD valyuta cütlüyü hazırda 1.29300 səviyyəsində ticarət olunur. “Buğalar” qiyməti 1.30$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinq də artım tendensiyası daha kəskin xarakter ala bilər.
Bu həftə açıqlanacaq İngiltərə Bankının faiz qərarı və Böyük Britaniyada dərc olunacaq əmək bazarı hesabartı funtun qiymətlərinə ciddi təsri edə bilər.
XAU/USD
Artan qlobal iqtisadi və geosiyasi risklər, Amerika iqtisadiyyatında güclənən resessiya qorxuları fonunda investorların “son ümid yeri” olan qızıl ötən həftə sürətlə bahalaşıb 3005$ həddini test edərək bütün dövrlərin maksimum həddini müəyyən etdi. Analitik şirkətlərin ehtimallarına əsasən mövcud şərait davam edərsə, “sarı metal” 3500$ - 3700$-a kimi bahalaşa bilər.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
1 saat əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
2 saat əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
3 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
3 saat əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
3 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
Son Xəbərlər

“Bakı Fintex Forumu 2025” keçiriləcəlk

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
