Şəhərlərarası və Bakının qəsəbədaxili avtobus marşrutları müsabiqəyə çıxarılıb
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə, Bakı-Astara, Bakı-Bərdə, Bakı-Ağcabədi, Bakı-İsmayıllı, Bakı-Kürdəmir, Bakı-Oğuz, Bakı-Naftalan, Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Gəncə-Masallı, Bərdə-Göyçay, Sabirabad-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Şəki-Zaqatala, Balakən-Zaqatala, Quba-Xaçmaz şəhərlərarası, Nabran-Xudat qəsəbələrarası, eləcə də paytaxtın 332, 333, 334, 335 və 336 nömrəli qəsəbədaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.
AYNA-dan bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 10 aprel 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək. Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
• İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Astara, Bakı-Bərdə, Bakı-Ağcabədi və Bakı-İsmayıllı istiqamətlərində 5 Lot üzrə aprelin 15-də;
• Bakı-Kürdəmir, Bakı-Oğuz, Bakı-Naftalan və Sumqayıt-Qusar istiqamətlərində 5 Lot üzrə aprelin 18-də;
• Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Gəncə-Masallı, Bərdə-Göyçay və Sabirabad-Lənkəran istiqamətlərində 5 Lot üzrə aprelin 22-də;
• Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Şəki-Zaqatala və Balakən-Zaqatala istiqamətlərində 5 Lot üzrə aprelin 25-də;
• Quba-Xaçmaz, Nabran-Xudat istiqamətlərində, eləcə də paytaxtın 332 nömrəli qəsəbədaxili (Qala qəsəbəsi (152-ci Qala küçəsi) – Milli Aviasiya Akademiyası), 333 nömrəli qəsəbədaxili (Binə qəsəbəsi (Yeni yaşayış massivi – Binə qəsəbəsi (Sovxoz yaşayış massivi) avtobus marşrutları üzrə 4 Lotda aprelin 29-da;
• 334 nömrəli qəsəbədaxili (Binə qəsəbəsi (karton fabriki) - Binə qəsəbəsi (Azərsun İstirahət Mərkəzi), 335 nömrəli qəsəbədaxili (Binə qəsəbəsi (Sovxoz yaşayış massivi) - Binə qəsəbəsi (Elmaz Hacıyev küçəsi), 336 nömrəli qəsəbədaxili (Binə qəsəbəsi (137-ci Binə küçəsi, Penitensiar Xidmətin müalicə mərkəzi) - Binə qəsəbəsi (131-ci Binə küçəsi) avtobus marşrutları üzrə 3 Lotda mayın 2-də baxılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















