Bank of Baku və ADA Universiteti arasında memorandum imzalanıb: mini MBA proqramı təşkil ediləcək
Ölkənin seçilən iki qurumu – Bank of Baku və ADA Universiteti əməkdaşlıq memorandumuna imza atıb.
Əməkdaşlıq sazişini Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev və ADA Universitetinin Tələbə Qəbulu və Xidmətləri üzrə Prorektoru Günay Ziyadova imzalayıblar.
11 mart tarixində imzalanan memorandum çərçivəsində ADA Universitetinin ixtisasartırma proqramı Bank of Baku əməkdaşları üçün mini MBA proqramı təşkil edəcək. Proqramda bankın rəhbər vəzifədə çalışan 30 əməkdaşının iştirakı nəzərdə tutulub. Bundan əlavə, 2 qurum arasındakı razılığa əsasən, Bank of Baku tərəfindən ADA Universitetinin tələbələrinə xüsusi təcrübə proqramları təqdim ediləcək, eləcə də universitet məzunları üçün iş fürsətləri yaradılacaq. Qeyd edək ki, sözügedən mini MBA proqramı son illərdə bank sektorunda ilk dəfə Bank of Baku üçün təşkil olunub.
Bankın İdarə Heyətinin sədri Həsən Quliyev bu əməkdaşlıqdan bəhs edərkən bildirib ki, Bank of Baku hər zaman sektor üçün peşəkar və yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi töhfələr verib.
“Bu baxımdan, ADA Universiteti ilə başladığımız əməkdaşlıq bankımızın uzunmüddətli ənənəsinin davamına etdirilməsinə də dəstək olacaq. İnanıram ki, bu memorandumda nəzərdə tutulan təşəbbüslər bütün maraqlı tərəflər üçün səmərəli və faydalı nəticələr verəcək. Bank of Baku olaraq məqsədimiz gəncləri dəstəkləmək, gələcəyin liderlərinin yetişdirilməsinə dəstək olmaq və sektorda keyfiyyətli xidmət göstərmək üçün kadr hazırlığını davamlı inkişaf etdirməkdir.” – deyə Həsən Quliyev əlavə edib.
ADA Universitetinin Tələbə Qəbulu və Xidmətləri üzrə Prorektoru Günay Ziyadova təhsil və biznes sektoru arasında əlaqələrin genişlənməsinin hər iki tərəf üçün faydalı olduğunu, eyni zamanda milli insan kapitalının inkişafına töhfə verdiyini bildirib.
"Universitet-Sənaye əməkdaşlığını davamlı olaraq inkişaf etdirir və bu məqsədlə tərəfdaşlarımızın sayını artırırıq. "Bank of Baku"nun da bu prosesə qoşulması ADA tələbə və məzunlarının real iş mühitində praktiki bilik və bacarıq qazanmasına, onların əmək bazarına daha sürətli keçidinə dəstək verəcək. Eyni zamanda, bu əməkdaşlıq Bankın kadr potensialının daha da gücləndirilməsini və peşəkar mütəxəssislərlə təmin olunmasını dəstəkləyəcək."
Qeyd edək ki, universitet tərəfindən xüsusi olaraq hazırlanmış mini MBA proqramının əsas məqsədi rəhbər şəxslərin menecment bacarıqlarını daha da inkişaf etdirmək, strateji düşünmə, qərar qəbul etmək, eləcə də liderlik, ünsiyyət və problemi həll etmək bacarıqlarını gücəndirməkdir.
10 moduldan ibarət birillik proqram müddətində liderliyin əsasları, komanda və layihə idarəetməsi, strategiya hazırlanması, maliyyə menecmenti, marketinq, menecerlər üçün iqtisadiyyat, biznes analitikası və s. kimi mövzulara toxunulacaq.
Məlumat üçün bildirək ki, 30 ildən çoxdur ki fəaliyyət göstərən və daima inkişafda olan Bank of Baku-da hazırda 1000-ə yaxın əməkdaş çalışır. Bank insan kapitalını hər zaman özünün əsas dəyərlərindən biri olaraq ifadə edir və əməkdaşlarının peşəkar karyerada irəliləməsi üçün onlara fürsətlər yaratmağa çalışır.
Bank of Baku paytaxt Bakı və regionlarda olmaqla 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
Bank of America: Qızılın qiyməti 2026-cı ildə 5 min dollara çata bilər
-
1 saat əvvəl
Nəhəng bank qızılın qiymətinin 5150 dollara yüksələcəyini proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Banklar Assosiasiyası və Koreya Banklar Federasiyası Memorandum imzaladı
-
2 saat əvvəl
Azərbaycana turist axını ərəb və MDB ölkələrindən gələnlərin sayı ilə əlaqədar olaraq azalıb
-
2 saat əvvəl
Sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum tutulacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank və Neurotime süni intellekt sahəsində tədris təşəbbüsünə start verdilər
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Azərbaycan Banklar Assosiasiyası və Koreya Banklar Federasiyası Memorandum imzaladı
“Azərsun Holdinq” “PeterFood” sərgisində iştirak edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
Bolt sürücüsüz dövrə başlayır
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
Bankda "Qara cümə" kampaniyası
























.jpg)

