Qazaxıstan Azərbaycanla ticarət dövriyyəsinin dəyərini 1 milyard dollara çatdırmaq istəyir
Qazaxıstan Azərbaycanla ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağa çalışır və öz mallarının ixracını artırmağa hazırdır.
Bu barədə ölkənin Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu bildirib.
"Bizim belə məqsədimiz var. Buna görə də biz bu cür səfərlər təşkil edir və fikir mübadiləsi aparırıq. Qazaxıstan Azərbaycana taxıl ixrac etməyə hazırdır və Bakıda taxıl terminalının genişləndirilməsinin vacibliyini görür. Bundan əlavə, yağlı bitkilər, düyü və arpa tədarükünü artırmaq üçün əhəmiyyətli ehtiyatlarımız var", - Qazaxıstan XİN başçısı bildirib.
O vurğulayıb ki, Bakı ilə Astana arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün biznes də mühüm rol oynayır.
XİN başçısı qeyd edib ki, Qazaxıstanda Azərbaycandan 1518 biznes nümayəndəsi fəaliyyət göstərir.
"Eyni zamanda, Azərbaycanda Qazaxıstan biznesinin fəallığı da artır. Ölkədə 150 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Bu, bizim üçün limit deyil və ümid edirik ki, rəqəm artacaq. Ötən il aparılan danışıqlar zamanı biz keçən il yaradılmış Azərbaycan-Qazaxıstan birbaşa investisiya fondunun resurslarından səmərəli istifadə barədə razılığa gəldik. Bu fondun ilk layihəsi Bakıda Ələt dəniz ticarət limanında intermodal terminalın tikintisi olacaq", - M.Nurtleu bildirib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























