Naxçıvan Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatları arasında görüş keçirilib
Martın 4-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatları arasında görüş keçirilib.
Naxçıvan İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, görüşdə Nazirliyin rəhbərliyi, Sahibkarlığın İnkişafı Fondunun və müvəkkil bankların filial üzrə rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov 2024-cü ildə iqtisadi sahədə baş verən dəyişikləri və əldə olunan nəticələri diqqətə çatdırıb, Naxçıvanın biznes mühitinin yaxşılaşdırılması, sahibkarların maliyyə əlçatanlığına rahat və sistemli çıxışının təmin edilməsi, vergi inzibatçılığının, əmək münasibətlərinin təkmilləşdirilməsi və digər sahələrdə reallaşdırılan tədbirlərin özəl sektorun inkişafına yeni imkanlar yaratdığını bildirib.
Abbas İsmayılov müvəkkil kredit təşkilatlarından gözləntilər barədə məlumat verib, real sektorun inkişafının təmin edilməsi baxımından güzəştli kreditlərin verilməsində prioritet layihələrə üstünlük verilməsinin zəruriliyini vurğulayıb.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin Sədri Vüsal Novruzov Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətindəki yeniliklər barədə məlumat verib, SİF-in 2024-cü il ərzində fəaliyyətinə və 2025-ci ildə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətlərinə dair təqdimat keçirib.
Görüş zamanı fərqlənən müvəkkil kredit təşkilatları müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. "İri layihələrin maliyyələşməsində göstərdiyi dəstəyə görə" Azərbaycan Beynəlxalq Bankı ASC, "Sayca ən çox sahibkara göstərdiyi maliyyə dəstəyinə görə" Aqrarkredit QSC, "Sahibkarlığa genişmiqyaslı dəstəyinə görə" Bank Respublika ASC, “Sahibkarlığın maliyyələşdirilməsi sahəsində uzunmüddətli əməkdaşlığa görə” Kapital Bank ASC təltif edilib.
Görüşdə Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları ilə güzəştli kredit əldə etmək istəyən sahibkarlar arasında daha sıx əlaqələrin yaradılması imkanları müzakirə olunub, təkliflər dinlənilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























