Tayvanın çip istehsalçısı ABŞ-a 100 milyard dollar sərmayə yatıracaq
ABŞ prezidenti Donald Tramp Tayvanda yerləşən çip istehsalçısı TSMC-nin ABŞ-da yarımkeçirici istehsal müəssisələrinin yaradılması üçün 100 milyard dollar sərmayə yatıracağını açıqlayıb.
Marja xəbər verir ki, bu investisiya məbləği 5 istehsal obyektinin tikintisinə sərf olunacaq.
Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında TSMC-nin ABŞ-a investisiyası ilə bağlı məlumat verib. TSMC-nin ən müasir yarımkeçirici istehsal müəssisələrini qurmaq üçün qısa müddətdə ABŞ-da ən az 100 milyard dollarlıq yeni sərmayə qoyacağını qeyd edən Tramp, sərmayənin böyük hissəsinin Arizona ştatında olacağını bildirib.
Tramp qeyd edib ki, dünyanın ən güclü süni intellekt çipləri ABŞ-da istehsal olunacaq.
TSMC ABŞ-da 5 istehsal müəssisəsi açacaq
Sözügedən investisiya məbləğinin 5 istehsal müəssisəsinin tikintisinə xərclənəcəyini açıqlayan Tramp minlərlə adamın işlə təmin olunacağını bildirib.
Tramp bildirib ki, sərmayə yüzlərlə milyard dollarlıq iqtisadi fəaliyyət yaradacaq və ABŞ-ın süni intellektdə və ondan kənarda hökmranlığını artıracaq.
Yarımkeçiriciləri 21-ci əsr iqtisadiyyatının "onurğa sütunu" kimi xarakterizə edən Tramp, ABŞ-ın ehtiyac duyduğu çipləri ölkə daxilində istehsal edə bilməsi lazım olduğunu vurğulayıb.
"Bildiyiniz kimi, Tayvanın bu bazarda monopoliyası var. Bu, dünyanın ən güclü şirkətinin çox böyük addımıdır. Bu, iqtisadi təhlükəsizlik məsələsidir. Bu, həm də bizim üçün milli təhlükəsizlik məsələsidir", - Tramp deyib.
TSMC-nin Baş direktoru CC Wei, şirkətin Arizonadakı mövcud 65 milyard dollarlıq investisiyasına əlavə olaraq 100 milyard dollar sərmayə yatıracağını elan etməkdən çox məmnun olduqlarını söyləyib.
CC Wei, süni intellektin və smartfonların inkişafını dəstəkləmək üçün çoxlu çiplər istehsal edəcəklərini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
7 saat əvvəl
Xam neft hasilatı 2026-cı ilin sonuna qədər sabit saxlanılır - Azərbaycan qərarı dəstəklədi
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"LEGIS Hüquq Forum"u çərçivəsində “LEGIS”lation qanunvericiliyə dəyişiklik layihəsinə start verildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
OMİD Binədə yeni mağazasının təntənəli açılışını qeyd edib
Azərbaycan neftinin son qiyməti
Noyabrın son günü gözlənilən hava açıqlanıb
Qızılın qiyməti yenidən 4200 dolları keçdi
Bir müddətlik fasilədən sonra yenidən fəaliyyətə başlayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“PAŞA Bank” yeni kredit məhsulunu bazara çıxardı
8-ci “Zeekr 001”i Bəxtiyar Süleymanov qazandı





















.jpg)

