“BÜLLUR” ASC-nin səhmdarından ləğv qərarı - növbədənkənar yığıncaq keçiriləcək
“BÜLLUR” ASC-nin səhmdarı “THE BAKU GROUP LTD” MTK-nın direktoru Əkbərov Rasim İldırım oğlu tərəfindən 21 fevral 2025-ci il tarixdə daxil olmuş müraciətə əsasən 04 aprel 2025-ci il tarixdə, saat 11:30-da, Bakı şəhəri, Xətai rayonu, Xocalı 29 ünvanında yerləşən “BÜLLUR” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Cəmiyyətin Nizamnaməsinin 7.3-cü maddəsinin 7-ci bəndinə əsasən, cəmiyyətin ləğvi ilə bağlı məsələ səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.
Marja.az xəbər verir ki, Ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir:
1. Səhmdar cəmiyyətin ləğv edilməsi.
2. Ləğvetmə komissiyasının təşkil olunması.
Nəzərinizə çatdırırıq ki, yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır. Yığıncaqda şəxsən və ya notarius tərəfindən təsdiq olunmuş etibarnamə əsasında nümayəndə vasitəsilə iştirak edə bilərsiniz.
2007-ci ildə dövlət qeydiyyatına alınmış və 479938 manat nizamnamə kapitalı olan “BÜLLUR” ASC-nin qanuni təmsilçisi Ələkbərov Cavid Akif oğludur. Şirkətin hüquqi ünvanı AZ1142, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, TELNOV ev.29-dur.
"Büllur” ASC şüşə zavoduna malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
27 d. əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
-
- 54 d. əvvəl
-
2 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
2 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun



















