Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi yaxın 3 ildə tamamlanacaq
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti gündəlik 300 min kubmetr dəniz suyunu duzsuzlaşdıraraq şəbəkəyə ötürməyi planlaşdırır.
Bunu “ACWA Power”ın Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatlarının 70 %-i xarici ölkələrdə formalaşır: “Bu baxımdan dəniz suyunun duzsuzlaşdırılması xüsusi əhəmiyyət daşıyır".
S. Güven vurğulayıb ki, layihə Azərbaycanın su təhlükəsizliyini təmin edəcək və Bakının su tələbatını ödəməyə töhfə verəcək: "Dəniz suyunun duzsuzlaşdırılması üzrə inşaat işlərini 2,5 il ərzində tamamlamayı planlaşdırırıq”.
Qeyd edək ki, “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsium Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsini reallaşdıracaq. Konsorsium İqtisadiyyat Nazirliyi tərəfindən 2024-cü il fevralın 8-də elan edilmiş müsabiqənin qalibi olub. Konsorsiumun digər üzvü Türkiyənin “IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” şirkətidir.
Günlük istehsal gücü 300 min m³ su olan zavodun tikintisi Sumqayıt Kimya Sənaye Parkında planlaşdırılır. Müqaviləyə əsasən, layihənin müddəti 27,5 ildir. Belə ki, konsorsium layihəni bu müddətdə idarə etdikdən sonra müəssisə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin idarəetməsinə keçəcək.
© "Report"
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















