20 ildə 152 milyon ton neft hasil edilib - "Mərkəzi Azəri" 20 yaşında
Bu gün Azəri-Çıraq-Günəşli (AÇG) yatağında Çıraqdan sonra ikinci hasilat platforması olan Mərkəzi Azəridən ilk neftin əldə olumasının 20 illiyini qeyd edir.
bp-Azərbaycandan Marja-ya verilən məlumata görə, 18 fevral 2005-ci ildə zati-aliləri Prezident İlham Əliyev yeni inşa olunmuş Mərkəzi Azəri hasilat, qazma və yaşayış platformasına səfər edərək AÇG-nin tammiqyaslı işlənməsinin başlandığını bildirən ilk neftin əldə olunmasını rəsmi tədbirlə qeyd edilib.
Qeyd edilib ki, o vaxtdan Mərkəzi Azəri AÇG-nin hasilat səlnaməsinin aparıcısıdır və yataqdakı bütün platformalar arasında ən yüksək hasilat göstəcisi ona məxsusdur - ümumilikdə 152 milyon ton (1,1 milyard barel) neft.
Ötən il də Mərkəzi Azəri bütün əməliyyatlarına təhlükəsiz və etibarlı şəkildə davam edərək il ərzində gündəlik 97 000 barel orta hasilat göstəricisi ilə AÇG platformaları arasında liderliyini saxlamışdır.
Mərkəzi Azəri hasilat, qazma və yaşayış platforması ona körpü ilə birləşmiş texniki platforma olan kompressor və suvurma qurğusu ilə birlikdə Xəzərdə ən böyük dəniz komplekslərindən biridir. Bu kompleks AÇG-dəki digər platformalara və qurğulara vacib əməliyyatlar mərkəzi kimi də xidmət edir və öz qabaqcıl texniki imkanları sayəsində bütün yataqda əməliyyatların təhlükəsiz və etibarlı aparılmasını təmin edir.
Hazırda bu kompleksdə 210-a yaxın işçi çalışır ki, onların da 96%-i, platformanın növbəli çalışan iki rəhbərindən biri olan Cavid İsgəndərli də daxil olmaqla, Azərbaycanlı mütəxəssislərdir. Cavid Azərbaycanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə iki il öncə SOCAR-ın Fəxri Fərmanına layiq görülüb.
Platformada hazırda ümumilikdə 43 quyu istismardadır - bunlardan 28-i hasilat, 9-u qaz injector quyusu, 5-i suvurma və biri isə şlamların laylara vurulması üçün quyudur.
Mərkəzi Azəri dünya səviyyəli bir dəniz obyektidir. O bundan sonra da hələ uzun illər AÇG-nin uğurlu gələcəyinə dəyərli töhfələr verməklə Azərbaycanın neft sənayesinin aparıcılarından biri olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)


















