Mask TikTok-u alacağı ilə bağlı şayiələrə cavab verib
ABŞ-li milyarder iş adamı İlon Mask (Elon Musk) Çin şirkəti TikTok-un ABŞ qolunu almaq fikrində olmadığını bildirib.
Marja xəbər verir ki, “Welt Documentary” "YouTube" kanalı Maskın yanvarın 28-də iştirak etdiyi “WELT Economic Summit” sessiyasının videosunu yayıb.
Mask iştirak etdiyi onlayn sessiyada ABŞ-da qadağası ilə bağlı hələ də qeyri-müəyyənlik içərisində olan video paylaşma proqramı TikTok haqqında da qiymətləndirmə edib.
TikTok almaqda maraqlı olmadığını bildirən Mask, "TikTok üçün təklif ilə çıxış etməmişəm. Sahib olsam nə edəcəyimlə bağlı heç bir planım yoxdur" deyib.
Mask TikTok-dan istifadə etmədiyini söyləyərək, "Düşünürəm ki, ona sahib olsaydım, alqoritmin nə qədər zərərli və ya faydalı olduğunu müəyyən edərdim. Daha faydalı və səmərəli olması üçün onu dəyişdirməyin yollarını axtarardım", - bildirib.
ABŞ-da TikTok "mübahisəsi"
TikTok 19 yanvarda ABŞ-da Amerika şirkətinə satılmadığı təqdirdə onu qadağan edən qanuna əsasən qadağan edildi, lakin proqram eyni gün yenidən açıldı. Ölkədə TikTok ilə yanaşı CapCut-a da girişi bloklanmışdı.
ABŞ prezidenti Donald Tramp bu qanunun icrasını 75 gün müddətinə dayandıran sərəncam imzalayıb.
TikTok-un qadağan edilməsinin tərəfdarı olmadığını, lakin qadağanın aradan qaldırılması üçün bunun 50 faizinin ABŞ şirkətinə verilməsini istədiyini bildirən Tramp, "TikTok-u satmaq və ya bağlamaq hüququmuz var. Buna biz qərar verəcəyik" bildirib.
Tramp TikTok-a çoxlu sayda investor və ya şirkətin təklifi verəcəyini demişdi.
Digər tərəfdən, Tramp administrasiyası populyar sosial şəbəkə proqramının bağlanmasının qarşısını almaq qərarına səbəb olan məlumat təhlükəsizliyi problemlərini həll etməlidir.
TikTok-un ana şirkəti "ByteDance" Çində qeydiyyatdan keçmiş bir şirkət olduğundan, ölkə qanunlarına görə lazım olduqda istifadəçi məlumatlarını dövlətlə paylaşmağa borcludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)








