“AS İstehsal” şirkəti “Unibank”ın təqdim etdiyi kredit ilə beton məmulatları istehsalı sahəsinin təşkilinə başlayıb
(®) Unibank Sahibkarlığın İnkişafı Fondunun (SİF) “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi” çərçivəsində ilk kreditini ayırıb.
“Unibank”ın təqdim etdiyi zəmanətli və güzəştli biznes krediti sayəsində, “AS İstehsal” MMC Ağdam rayonu, Ağdam Sənaye Parkında beton məmulatları istehsalı sahəsinin təşkilinə başlayıb.
Ümumi dəyəri 5,5 milyon manatdan çox olan layihənin xeyli hissəsi SİF vəsaiti hesabına Unibak KB tərəfindən ayrılan 3 milyon manatlıq güzəştli kreditlə həyata keçiriləcək. İnvestisiya proqramı üzrə 65 yeni iş yerinin açılması planlaşdırılır.
“Unibank KB” ASC-nin Biznes Bankçılığı üzrə Baş Direktoru Tahir Qəribov bildirib ki, azad edilən torpaqlarımızda biznes fəaliyyətinin dəstəklənməsində yaxından iştirak qürurvericidir: “Real sektora dəstək “Unibank”ın yeni strateji hədəflərində xüsusi yer tutur. İstər paytaxtda, istərsə də regionlarımızda minlərlə sahibkara dəstək olaraq, bizneslərini böyütməsində yaxından iştirak etmişik. Bu fəaliyyətdə “Unibank”ın SİF vəsaiti hesabına ayırdığı güzəştli kreditlər də sahibkarlar üçün böyük əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlara dəstək isə hər bir maliyyə qurumu üçün fəxrdir. Biz, Unibank olaraq bu istiqamətdə ilk kreditimizi ayırdığımız üçün çox şadıq. Təbii ki bu proses davam edəcək. Bu il ərzində də Sahibkarlığın İnkişaf Fondunun “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bir neçə layihənin maliyyələşdirilməsi planlaşdırılır”.
“AS İstehsal” MMC-nin direktoru Səbuhi Məmmədov isə ayrılan güzəştli kreditin layihənin sürətlə icrasına təkan verdiyini bildirib:
““AS İstehsal” MMC uzun illərdir keyfiyyətli əmtəə betonu, metal karkas, dəmir-beton məhsulları, səki və döşəmə daşları, habelə divar blokları istehsal edərək, Azərbaycanın tikinti materialları bazarında xüsusi yer tutur. Ağdam Sənaye Parkı ərazisində inşa etdiyimiz beton məmulatlarının istehsalat bazası işğaldan azad edilmiş ərazilərin yenidən bərpasında mühüm rol oynayacaq. Uzun illərin istehsalat təcrübəsinin davamı olaraq, yeni istehsal ediləcək məhsullar çox yüksək keyfiyyətə malik olacaq. İstehsalat bazasının uyğun lokasiyada olması, şəhər və qəsəbələrin tez bir zamanda abadlaşdırlmasına kömək edəcək. Layihənin istehsalat sahələri bu il fevralın sonunadək, inzibati binaların inşası isə aprelin axırlarında yekunlaşacaq. Unibank tərəfindən ayrılmış kredit layihəmizin vaxtında icra edilməsinə böyük tövhə vermiş oldu”.
Unibank Sahibkarlığın İnkişafı Fondunun ilk müvəkkil bankları sırasındadır və hazırda Fondun layihələrində aktiv iştirak edir. SİF-lə əməkdaşlıq çərçivəsində bank sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını davam etdirir.
“Unibank”ın digər biznes krediti məhsulları və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Rəqəmsal”, “Əcəmi” filialları, “Unibank- biznes mərkəzi”, “Sədərək” Biznes Mərkəzi” eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index ) əldə etmək olar.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 50 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
2 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
2 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Ən çox oxunanlar
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb






















