Coca-Cola İsmayıllıda investisiya dəyəri 68 milyon manat olan zavod açır
İllik istehsal gücü 165 milyon litr olacaq müəssisədə şirkətin “Coca-Cola”, “Fanta”, “Sprite” kimi brendləri istehsal olunacaq.Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd etməyə hazırlaşır.
“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova CBC Azərbaycan telekanalına verdiyi müsahibəsində qeyd edib ki, Coca-Cola 2025-ci ildə 30 illiyini qeyd edəcək.
Rəna Məmmədova bildirib ki, İsmayıllıda yeni zavodun tikilməsi Coca-Cola-nın Azərbaycana olan uzunmüddətli investisiya öhdəliyini nümayiş etdirir. Şirkətin İsmayıllıda yeni zavod açması həm bölgənin sosial-iqtisadi inkişafına, həm də digər təsərrüfat sahələri ilə əlaqəli dəyər zəncirinə müsbət təsir göstərəcək:
“Bu zavod yalnız yeni iş yerləri yaratmaqla kifayətlənmir, həm də yerli istehsalın artırılmasına imkan verəcək. Yeni fəaliyyətə başlayacaq müəssisəyə sərmayə qoymaq qərarımız ölkədə güclü iqtisadiyyata və əlverişli investisiya mühitinə olan möhkəm inamımızı bir daha təsdiq edir. Bu onun göstəricisidir ki, ölkədə yerli və xarici sərmayəçilər üçün dayanıqlı iqtisadi mühit mövcuddur”.
Baş direktor onu da vurğulayıb ki, zavodun investisiya dəyəri 68 milyon manatdır:
“Beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal müəssisəsi 15 ha sahədə qurulur və burada 100-dən artıq sakinin işlə təmin edilməsi planlaşdırılır. İllik istehsal gücü 165 milyon litr olacaq müəssisədə şirkətin “Coca-Cola”, “Fanta”, “Sprite” kimi brendləri istehsal olunacaq. Yeni zavod, əsasən, daxili bazar ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulub. Əminəm ki, yeni müəssisənin fəaliyyətə başlaması yerli təchizatçılara daha çox biznes imkanı verəcək, dövlət büdcəsinin vergi gəlirlərini artıracaq və yerli infrastrukturun güclənməsinə təkan verəcəkdir”.
Qeyd edək ki, şirkətin inkişaf planı çərçivəsində 2025-ci ildə Coca-Cola-nın Azərbaycanda 2-ci istehsal müəssisəsinin açılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























