ABŞ-nin poçt xidməti Çindən bağlamaların qəbulunu dayandırıb
ABŞ-nin poçt xidməti Çindən bağlamaların qəbulunu dayandırıb.
Bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, ABŞ poçtu dayandırmanın səbəbləri barədə heç bir izahat verməyib, bununla belə Çindən məktub və banderolların qəbulu davam edir.
SCMP qeyd edib ki, bu addımın Pekin tərəfindən tətbiq edilən rüsumlarla əlaqəli olub-olmadığı hələ məlum deyil. Bu rüsumlar ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən daha əvvəl Çin mallarına tətbiq edilən rüsumlara cavab olaraq qəbul edilmişdi.
Xatırladaq ki, 1 fevralda Tramp Kanada, Çin və Meksikadan olan mallara qarşı tariflərin tətbiqi haqqında fərman imzalayıb. Sənədə əsasən, Çindən gələn mallara 10 % əlavə rüsum tətbiq olunacaq.
© “Report”
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
5 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
5 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
6 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















