Ağdaşlı fermer həvəsləndi
Sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin dərin məzmunlu nitqini diqqətlə dinlədim. Dövlətimizin başçısı kənd təsərrüfatının daha da inkişafı ilə bağlı dəyərli fikirlərini bölüşdü. Bu fikirlər məni məşğul olduğum çəltikçilik sahəsində daha həvəslə çalışmağa, məhsul bolluğu yaratmağa həvəsləndirdi.
Bu sözləri Ağdaş rayonu Qaradağlı kənd sakini, Lənkəranda keçirilən respublika müşavirəsinin iştirakçısı, fermer Əli Musayev bildirib.
Əli Musayev rayonun Malay kəndində uzun illərdir ki, çəltikçiliklə məşğul olur.
“Mülkiyyətimdə olan pay torpağında, eləcə də icarəyə götürdüyüm torpaq sahəsində ümumilikdə 35 hektar sahədə çəltik əkmişəm. Bu il məhsuldarlıq hər hektarda 30 sentner olacaq və ümumilikdə 100 tondan çox məhsul əldə edəcəyəm. Ötən il isə 16 hektar sahədə çəltik yetişdirmişəm və 30 ton məhsuldan 45 min manat gəlir əldə etmişəm. Düyünün bir kiloqramını 1,5-2 manata satmışam. Bu il çəltik sahələrinə lazımi aqrotexniki qulluq göstərdiyim üçün hazırda bol məhsulum var. Sentyabrın 4-də çəltik yığımına başlamışam. Rayonda kombayn çatışmazlığı yoxdur. Hazırda çəltik biçininə 2 kombayn cəlb eləmişəm. Çəltik əkininə görə hər hektar üçün dövlət tərəfindən mənə 90 manat subsidiya verilir. Dövlətin bizə göstərdiyi qayğıdan çox razıyıq. Dövlət dəstəyindən ruhlanaraq gələn il iki dəfə çox - 70 hektar sahədə çəltik əkməyi qarşıya məqsəd qoymuşam. Bunun üçün boş sahələr seçmişəm və hazırda torpaqda tarazlıq, şumçıxarma işləri görülür, suvarma üçün arxlar lildən təmizlənir”.
Fermer Əli Musayev Lənkəranda keçirilən müşavirənin əhəmiyyətini vurğulayaraq bildirib:
“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə işimizə stimul vermək baxımından xüsusi önəm kəsb edir. Ölkə başçısının verdiyi göstərişlər çəltikçiliyi inkişaf etdirməyimiz üçün lazımi kömək göstərilməsinə şərait yaratdı. Müşavirədə Ağdaşda çəltik emalı zavodunun, çəltiyin toplanılması üçün anbarların və qurudulması üçün meydançaların tikilməsi barədə fikirlər səsləndirildi. Prezident bu məsələlərin həlli ilə bağlı tapşırıq verdi. Bu, bizim ürəyimizcə oldu. Ağdaşda çəltikçiliyin inkişafı üçün bütün gücümüzü sərf edəcəyik.
Bizim əsas çətinliyimiz rayonda çəltiyi qurutmaq, saxlamaq və emal edərək düyü əldə etməklə bağlıdır. Rayonda çəltik əkini və məhsul istehsalı ildən-ilə artır, lakin ondan müasir sənaye üsulu ilə düyünün əldə edilməsi və qablaşdırılması mümkün olmur. Biçilən çəltiyin xarab olmaması üçün onun vaxtında qurudulması vacibdir. Bunun üçün uyğun meydançalar tikilməlidir. Hazırda Ağdaşda 7 köhnə, primitiv şəkildə fəaliyyət göstərən kiçik ölçülü çəltik dəyirmanı mövcuddur. Həmin dəyirmanlarda dünya bazarına çıxarılacaq keyfiyyətli düyü istehsalı mümkün deyil. Dəzgahlar köhnə olduğu üçün emal zamanı düyü qırılır, orada çeşidləmə aparmaq mümkün olmur. Həmçinin xarici ölkələrə məhsul ixracı üçün qablaşdırma da vacib şərtdir. Ona görə də Ağdaşda müasir dəyirmana, düyü emalı müəssisəsinin inşasına ehtiyac var. Əgər bu məsələlər tezliklə həll olunarsa ağdaşlılar çəltikçilik sahəsində daha böyük uğurlar əldə edə bilər”.
Fermer Əli Musayev ixracyönümlü məhsul kimi gələn il çəltik əkini sahələrini daha da genişləndirməyi qarşıya məqsəd qoyduğunu bildirib:
“Yetişdirdiyimiz çəltiyi dəyirmana apararaq ondan düyü istehsal edirik və məhsulu iş adamlarına, ayrı-ayrı vətəndaşlara öz həyətimizdə münasib qiymətə satırıq. Dövlət başçısının ənənəvi və ixracyönümlü sahələrin inkişafına diqqət və qayğısı məni işə daha həvəslə yanaşmağa ruhlandırır. Prezident İlham Əliyevin müşavirədə çəltikçiliklə bağlı nitqi qarşımıza mühüm vəzifələr qoyur. Biz də çalışacağıq ki, bu vəzifələrin yerinə yetirilməsi üçün əlimizdən gələni əsirgəməyək”.
© Azərtac
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
- 26 d. əvvəl
- 35 d. əvvəl
-
46 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)



.jpg)









.jpg)


